Kontentə keç

GƏNCLƏRİN SUALLARI

Təkamül, yoxsa yaradılış? IV hissə. Yaradılışa inandığımı necə izah edə bilərəm?

Təkamül, yoxsa yaradılış? IV hissə. Yaradılışa inandığımı necə izah edə bilərəm?

Yaradılışa inanırsan, ancaq bu haqda məktəbdə açıq-aşkar danışmağa çəkinirsən. Ola bilsin, məktəb dərsliyin də təkamül nəzəriyyəsini dəstəkləyir və sən qorxursan ki, müəllimlərin və sinif yoldaşların səni ələ sala bilərlər. Yaradılışa inanmağının səbəbini əminliklə necə izah edə bilərsən?

 Bacararsan!

 Bəlkə də düşünürsən: «Təkamül haqda müzakirələr aparacaq qədər bilikli deyiləm». Bir vaxtlar Daniella da belə fikirləşirdi. Diana deyir: «Fikirləşəndə ki, müəlliməmin və sinif yoldaşlarımın dediklərinə zidd nəsə deməliyəm, məni dəhşət bürüyür. Onlar mübahisə zamanı elmi terminlər işlədəndə mən çaş-baş qalıram».

 Nə olursa olsun, sənin məqsədin mübahisədə qalib gəlmək deyil. Sənə dünyanın kiminsə tərəfindən yaradıldığı fikrini nəyə görə məntiqli hesab etdiyini izah etmək üçün alim olmaq lazım deyil.

 Məsləhət. Müqəddəs Kitabdan İbranilərə 3:4 ayəsində çox sadə və məntiqli fikir var: «Hər evin bir bənnası var, hər şeyin bənnası isə Allahdır».

 Gənc bir qadın Kerol İbranilərə 3:4 ayəsindəki prinsipə əsasən belə bir fikir söyləmişdi: «Təsəvvür et ki, insandan əsər-əlamət olmayan sıx bir meşədə gəzirsən. Sonra yerə baxanda diş çöpü görürsən. Nə fikirləşərdin? Çoxları deyərdi ki, burada kimsə olub. Belə kiçik və əhəmiyyətsiz olan diş çöpü şüurlu varlığın olmasını sübut edirsə, bəs kainat bunun daha böyük sübutu deyil?

 Əgər kimsə deyərsə: Hər şeyi Allah yaradıbsa, bəs onda Allahı kim yaradıb?

 Belə deyə bilərsən: Allah haqqında hər şeyi başa düşmürüksə, o demək deyil ki, Allah mövcud deyil. Misal üçün, mobil telefonunu istehsal edən insanın tarixçəsi haqda heç bir məlumatın yoxdur. Ancaq sən inanırsan ki, bunu kimsə düzəldib. Biz Yaradan haqda çox şeyi öyrənə bilərik. Sənin üçün maraqlıdırsa, öyrəndiyim şeyləri səninlə bölüşməyə şad olaram.

 Hazır ol:

 Müqəddəs Kitabda deyilir ki, «sizdən izahat tələb edən hər kəsin qarşısında ümidinizi müdafiə etməyə hazır olun, ancaq bunu həlimliklə və dərin hörmətlə edin» (1 Butrus 3:15). Buna görə də, iki amilə diqqət yetir — nə deyəcəksənnecə deyəcəksən.

  1.   Nə deyəcəksən? Allahı sevmək çox vacibdir. Bu səni öz əqidən haqda danışmağa təşviq edə bilər.Təkcə Allahı nə qədər çox sevdiyin haqda danışsan, həmin insana Allahın hər şeyin Yaradanı olduğuna inandıra bilmərsən. Yaradılışa inanmağın nə üçün məntiqli olduğunu təbiətdən nümunələr çəkərək göstərə bilərsən.

  2.   Necə deyəcəksən? Özünə əmin ol, lakin kobud və təkəbbürlü olma. Əgər sən qarşındakı insanın əqidəsi haqda hörmətcil tərzdə danışsan və onun qərar vermək haqqı olduğunu qəbul etsən, ehtimal ki, onlar da sənə qulaq asacaqlar.

     «Məncə, söhbət zamanı insanları sözlərinlə alçatmamaq və özünü çox bilmiş kimi göstərməmək çox vacibdir. Alçaldıcı tonda danışsan, bunun nəticəsi pis ola bilər» (Elen).

 Etiqadını izah etmək üçün köməkçi vasitələr

Etiqadının müdafiəsinə hazır olmaq havanın dəyişkən olduğunu görüb evdən tədbirli çıxmağa bənzəyir

 Alisiya adlı bir yeniyetmə deyir: «Yaxşı hazırlaşmayanda pərt olmamaq üçün heç ağzını da açmırsan». Alisiyanın qeyd etdiyi kimi, etiqadını başa salmaq üçün hazırlıq çox vacibdir. Cenna deyir: «İmanımı izah etmək üçün ağlımda sadə, amma məntiqli nümunələr olanda yaradılışla bağlı müzakirə zamanı özümü daha rahat hiss edirəm».

 Belə nümunələri haradan tapa bilərsən? Bir çox gənclər aşağıda gətirilən mənbələrdən istifadə edirlər:

 Həmçinin sən indi oxuduğun «Təkamül, yoxsa yaradılış?» rubrikasının əvvəlki saylarından faydalana bilərsən.

  1.  I hissə. Allaha inanmaq üçün hansı əsaslar var?

  2.  II hissə. Təkamülü təkzib etməyə əsas varmı?

  3.  III hissə. Yaradılışa niyə inanıram?

 Məsləhət: Sənin özünü əmin edən nümunələri seç.

 Onları yadda saxlamaq daha asan olacaq və əminliklə danışacaqsan. Etiqadını necə izah edəcəyini əvvəlcədən məşq et.