Kontentə keç

GƏNCLƏRİN SUALLARI

Nə üçün media stereotipə uymamalıyıq? II hissə: oğlanlar üçün

Nə üçün media stereotipə uymamalıyıq? II hissə: oğlanlar üçün

Media stereotip nədir?

  Bu sözlərə bax və suallara cavab ver.

Sütun 1

Sütun 2

Üsyankar

Hörmətcil

Eqoist

Sadiq

Kobud

Anlayışlı

Tənbəl

Əməksevər

Səhlənkar

Məsuliyyətli

Yalançı

Dürüst

  1.   Hansı sözlər jurnallarda, kinolarda, televizorda gördüyün yeniyetmə oğlanları təsvir edir?

  2.   Sən necə insan olmaq istəyərdin?

 Yəqin ki, sənin birinci suala verdiyin cavab 1-ci sütuna, ikinci suala verdiyin cavab isə 2-ci sütuna aiddir. Əgər belədirsə, bu yaxşıdır. Deməli, medianın təsvir etdiyi oğlan tipi sənə və yaxud sənin bənzəmək istədiyin oğlan tipinə uyğun gəlmir. Gəl baxaq niyə.

  •   Əksər vaxtı mediada oğlanlar zorakı və üsyankar insan kimi təsvir olunurlar. Bir kitabda qeyd olunur ki, «televiziya verilişlərində, kinolarda, idmanda əks olunan məşhur oğlan tipi hər zaman güclü, zorakılıq nümayiş etdirən oğlandır... Onlar inandırmağa çalışırlar ki, oğlan kobud və üsyankar olmalıdır» («Why Boys Don’t Talk —and Why It Matters»).

     Fikirləş: Zorakı xasiyyətin sənə yaxşı dost, əməkdaş və ya yaxşı ər olmağa kömək edəcək? Əsəbiləşəndə, sən hirsini cilovlayırsan, yoxsa özündən tez çıxırsan? Əsil kişiyə yaraşan tərzdə necə davrana bilərsən?

     Müqəddəs Kitabda deyilir: Səbrini basan güclü adamdan yaxşıdır, təmkinli adam şəhər alandan üstündür (Məsəllər 16:32).

    Əgər hirsini cilovlaya bilirsənsə, döyüşçüdən də güclüsən

  •   Media oğlanları seks düşkünü kimi təsvir edir. 17 yaşlı Kris deyir: «Kinolardakı oğlanlar sevgililərini o qədər tez-tez dəyişirlər ki, heç paltarlarını o qədər dəyişmirlər. 18 yaşlı Qeri deyir: «Mediayanın təqdim etdiyi oğlan tipi seks düşkünüdür. Bəzi kinolarda oğlanları elə göstərirlər ki, sanki onlar üçün həyat yalnız əyləncə gecələri, içki və seksdən ibarətdir».

     Fikirləş: Medianın qoyduğu stereotiplər sənin bənzəmək istədiyin insana uyğun gəlir? Əsil kişi qadınlara seks obyekti kimi baxır, yoxsa onlara hörmətlə yanaşır?

     Müqəddəs Kitabda deyilir: «Qoy hər kəs öz bədənini paklıqla və şərəflə idarə etməyi bacarsın... acgöz şəhvətin əsiri olmasın» (1 Salonikililərə 4:4, 5).

  •   Media oğlanları məsuliyyətsiz insanlar kimi təsvir edir. Bir çox məşhur kinolarda, televiziya verilişlərində oğlanlar tənbəl, bacarıqsız kimi göstərilir. Yuxarıda adı çəkilən Qeri deyir: «16 yaşım olanda iş tapmaqla bağlı çətinlik çəkirdim, çünki mənim yaşadığım ərazidə ən çox qızları işə götürürdülər. Onlar fikirləşirlər ki, bütün yeniyetmə oğlanlar məsuliyyətsizdir və onlara etibar etmək olmaz!»

     Fikirləş: Doğrudanmı, media stereotipə əsasən, oğlanlar məsuliyyətsiz və etibarsızdırlar? Necə göstərə bilərsən ki, sən fərqlisən?

     Müqəddəs Kitabda deyilir: «Qoy gənc olduğuna görə heç kəs sənə saymazyana yanaşmasın. Danışıqda, rəftarda, məhəbbətdə, imanda və paklıqda sadiqlərə nümunə ol» (1 Timutiyə 4:12).

Nəyi bilməlisən?

  •    Medianın sənə güclü təsiri ola bilər. Misal üçün, media səndə belə bir fikir formalaşdıra bilər ki, məşhur olmaq üçün sən son dəblə geyinməlisən. 17 yaşlı Kolin deyir: «Reklamlarda göstərilir ki, qızların diqqətini cəlb etmək üçün oğlanlar necə geyinməlidirlər. Bu, insanı təşviq edir ki, gedib o paltardan alsın!»

     Fikirləş: Geyim tərzin sənin əslində necə insan olduğunu əks etdirir, yoxsa sən onu-bunu yamsılayırsan? Son dəblə geyinmək üçün tökdüyün pullar kimin xeyrini güdür?

     Müqəddəs Kitabda deyilir: «Bundan sonra bu zəmanəyə uyğunlaşmayın» (Romalılara 12:2).

  •   Stereotipi təqlid etməyin səni qızların gözündən sala bilər. Gəl baxaq bu barədə onlar nə deyir.

    •  «Mən xoşlayıram ki, oğlan necə var elə olsun. Özünə inamı olmayan, başqalarını yamsılayan, özünə diqqət çəkməyə çalışan oğlanları sevmirəm. Doğrudan da, başqalarında təəssürat yaratmaq istəyən oğlanlar çox gülməli görünürlər!» (Anna).

    •  «Reklamçılar oğlanların beyninə yeridirlər ki, qızların xoşuna gəlmək üçün onlarda hansısa «gadgetlər» (smartphone, iPhone, planşet və sairə kimi şeylər) olmalı, müəyyən tərzdə geyinməlidirlər. Qızlar böyüdükcə belə şeyə aldanmırlar. Əksinə, onlar oğlanın daxili aləminə baxır və başqa insanlarla necə davrandığına fikir verirlər. Qızların dürüst və sadiq oğlanlardan xoşları gəlir» (Daniella).

    •  «Adətən, yaraşıqlı oğlan özündən razı olur, mən istəməzdim ki, yanımda belə oğlan olsun. Nə qədər gözəl olursansa ol, əgər xasiyyətin pisdirsə, gözəlliyin heç bir dəyəri yoxdur» (Diana).

     Fikirləş: İşmuil peyğəmbərin gəncliyi haqqında Müqəddəs kitabda belə deyilir: «Balaca İşmuil... böyüyür, həm Yehovanın, həm də xalqın rəğbətini qazanırdı» (1 İşmuil 2:26). Belə ad qazanmaq üçün hansı xüsusiyyətlərin üzərində işləməlisən?

     Müqəddəs Kitabda deyilir: «Mərd olun» (1 Korinflilərə 16:13).

Necə uzaq dura bilərsən?

  •    Stereotip haqda düzgün nöqteyi-nəzərə malik ol. Müqəddəs Kitabda növbəti ayəyə baxaq: «Dünyadakı hər şey — cismin istəyi, gözlərin istəyi və varın nümayişə qoyulması Atadan deyil, dünyadandır» (1 Yəhya 2:16).

     Media insanlardakı bu istəklərdən sui-istifadə edir və inandırmağa çalışır ki, bu normaldır. Belə tələyə düşmə. Mediada gördüyün şeylər səndən pul qoparmaq məqsədilə reklamçıların əl atdığı üsuldur.

  •   Öz seçimin olsun. Müqəddəs Kitabda deyilir ki, yeni şəxsiyyəti geyinin. Bu şəxsiyyət — medianın qoyduğu stereotiplər sayəsində yox — dəqiq bilik sayəsində yeniləşərək onu yaradanın surətini əks etdirir (Koloslulara 3:10).

     Bu məsləhətə riayət etmək üçün sənə nə kömək edə bilər? Yadındadırsa, məqalənin əvvəlində özündə olan, yaxud olmasını istədiyin xüsusiyyətləri seçmişdin. Bu xüsusiyyətləri inkişaf etdirməyinin sənə çox faydası ola bilər.

  •   Nümunəvi insanları örnək al. Müqəddəs Kitabda deyilir: «Hikmətli ilə oturub-duran hikmətli olar» (Məsəllər 13:20). Həyatında tanıdığın müdrik insanlar kimlərdir? Misal üçün, bu, atan, əmin və ya dayın ola bilər. Ya da ki yetkin oğlan dostların və tanışların ola bilər. Yehovanın Şahidlərinin yığıncağında çoxlu nümunəvi kişilər var. Həmçinin Müqəddəs Kitabda gənclərə gözəl nümunə qoyan Titus kimi çoxlu nümunələr var (Titusa 2:6—8).

     Təklif: «İman örnəkləri» kitabında kişilərə örnək olan Habil, Nuh, İbrahim, İşmuil, İlyas, Yunus və Butrusun nümunəsi haqqında oxuya bilərsiniz.