Kontentə keç

Mündəricatı göstər

İANƏLƏRİNİZ HARA XƏRCLƏNİR?

«Yerin ucqarlarınadək» göndərilən xüsusi təyinatlı müjdəçilər

«Yerin ucqarlarınadək» göndərilən xüsusi təyinatlı müjdəçilər

1 İYUN 2021

 İsa şagirdlərinə demişdi: «Siz... yerin ucqarlarınadək mənim şahidim olacaqsınız» (Həvarilərin işləri 1:8). Bu gün Yehovanın Şahidləri onun bu tapşırığını canla-başla icra edir. Bununla belə, dünyanın bəzi ərazilərində, əhalisi sıx olan yerlərdə xoş xəbər hələ əsaslı şəkildə təbliğ edilməyib. Bəzi ölkələrdə isə Yehovanın Şahidlərinin sayı azdır (Mətta 9:37, 38). Xoş xəbərin daha çox insana təbliğ edilməsi üçün hansı tədbirlər görülür?

 İsanın tapşırığının icra edilməsi üçün Rəhbərlik Şurasının Xidmət komitəsi bütün dünyada tələbat olan ərazilərə sahə xidmətinə xüsusi təyinatlı müjdəçilər təyin edir. Hal-hazırda belə müjdəçilərin sayı bütün dünyada 3090 nəfərdir a. Çoxları Müqəddəs Kitab məktəblərinin birində, məsələn, Padşahlıq Müjdəçiləri Məktəbində təlim keçib. Xüsusi təyinatlı müjdəçilər öz evlərindən uzaqda — xaricdə xidmət etməyə hazırdırlar. Təlim keçmiş bu yetkin, təcrübəli, sadiq xüsusi təyinatlı müjdəçi bacı-qardaşlarımız xoş xəbərin yayılmasına böyük töhfə verir və yeni şagirdlər üçün gözəl nümunə qoyur.

Xüsusi təyinatlı müjdəçilər Yehovanın Şahidləri az olan ərazilərdə xoş xəbəri təbliğ etməyə kömək edir

Başqalarına kömək edən xüsusi təyinatlı müjdəçilərə dəstək

 Hər filialın Xidmət şöbəsində filialın komitəsi ilə əməkdaşlıq edən Sahə xidmətçiləri masası fəaliyyət göstərir. Orada çalışanlar xüsusi təyinatlı müjdəçilərə sadə, amma münasib ev tapmağa, sağlamlıqla bağlı məsələləri həll etməyə kömək edir və kiçik müavinətlə təmin edir. 2020-ci xidmət ili ərzində xüsusi təyinatlı müjdəçilərə təxminən 27 milyon ABŞ dolları məbləğində pul xərclənib. Göstərilən dəstək sayəsində onlar bütün diqqətlərini və güclərini xidmətə və təyin olunduqları yığıncaqları möhkəmləndirməyə yönəldir.

Xüsusi təyinatlı müjdəçilər yığıncaqları möhkəmləndirir

 Sahədə xidmət edən xüsusi təyinatlı müjdəçilər təbliğ işinin irəliləməsinə necə kömək edir? Malavinin filial komitəsində xidmət edən Frenk Medsen deyir: «Bu cəsur və məharətli xüsusi təyinatlı müjdəçilər yığıncaqlara çətin ərazilərdə, məsələn, mühafizə olunan yaşayış komplekslərində və əcnəbilərə təbliğ etməyə başlamağa kömək edib. Bundan əlavə, onlar canla-başla yerli dili öyrənir, yeni mədəniyyətə uyğunlaşır. Bunu görən insanlarda, xüsusilə də gənclərdə tamvaxtlı xidmətə başlamaq istəyi yaranır. Aramızda xüsusi təyinatlı müjdəçilərin olmasına görə Yehovaya ürəkdən minnətdarıq».

 Başqa ölkənin filial komitəsinin üzvü deyir: «Xüsusi təyinatlı müjdəçilər bütün dünyada Yehovanın xalqı arasında birliyin hökm sürdüyünə bir sübutdur. Hətta Yehovanın Şahidi olmayanlar aydın görür ki, mədəniyyət fərqi aramızda parçalanma salmır, Müqəddəs Kitab təlimləri isə bizi bir xalq edir».

 Bəs xüsusi təyinatlı müjdəçilər yerli təbliğçilərə necə kömək edir? Timor-Lestedən olan Paulo adında bir qardaş çox şaddır ki, onların yığıncağında belə müjdəçilər var. O deyir: «Buranın iqlimi çox istidir. Amma buna baxmayaraq, hətta soyuq ölkələrdən gələn xüsusi təyinatlı müjdəçilər üçün isti əngəl deyil. Onlar hər səhər təbliğ görüşlərində iştirak edir. Fikir vermişəm ki, onlar günün qızmar çağında da, axşamlar da insanlara təkrar baş çəkirlər. Onların köməyi sayəsində çoxları, hətta mən özüm həqiqətə gəlmişəm. Bu bacı-qardaşlar bütün ömürlərini Yehovaya xidmətə veriblər. Onların şövqünü və çalışqanlığını görən yığıncaq da xidmətə bu cür can yandırır».

 Malavidən olan Keti adlı öncül bacımız xüsusi təyinatlı müjdəçi olan bir ər-arvadın onların ailəsinə necə kömək etdiyindən danışır: «Onlar bizim yığıncağa təzə-təzə təyin olunanda ailədə yalnız mən Yehovanın Şahidi idim. Onlar mənə çoxlu diqqət göstərirdilər və beləcə ailəmizlə dostlaşdılar. Onların gözəl nümunəsi sayəsində uşaqlarım dərk etdi ki, Yehovaya xidmət sevinc və məmnunluq gətirir. İndi üç qızım da öncüldür, ərim isə yığıncaqlara gəlir».

 Xüsusi təyinatlı müjdəçilərin xərcləri nəyin hesabına ödənilir? donate.isa4310.com saytında müxtəlif üsullarla ümumdünya təbliğ işinə edilən ianələrin hesabına. Səxavətli ianələrinizə görə sizə ürəkdən minnətdarıq.

a Bu xüsusi təyinatlı müjdəçilər təbliğ işində köməyə ehtiyacı olan yığıncaqlara təyin edilir. Sahədə xidmət edən digər 1001 xüsusi təyinatlı müjdəçi səyyar xidmətdədir.