Məttanın yazdığı müjdə 9:1—38

  • İsa iflic olmuş adamı sağaldır (1—8)

  • İsa Məttanı ardınca getməyə çağırır (9—13)

  • Oruc haqda sual (14—17)

  • Yairin qızı; bir qadın İsanın paltarına toxunur (18—26)

  • İsa lal və kor adamı sağaldır (27—34)

  • Məhsul bol, işçi isə azdır (35—38)

9  Onda İsa qayığa minib o biri sahilə üzdü və öz şəhərinə gəldi.+  İflic olmuş bir adamı xərəkdə onun yanına gətirdilər. İsa o adamların imanını görəndə xəstəyə dedi: «Qorxma, bala, günahların bağışlandı».+  Onda mirzələrdən bəziləri ürəklərində dedilər: «Bu lap küfr danışır ki!»  Onların nə fikirləşdiyini bilən İsa dedi: «Niyə belə pis şeylər düşünürsünüz?+  “Günahların bağışlandı” demək asandır, yoxsa “ayağa qalx, yeri”?+  Ancaq siz insan Oğlunun yerdə günahları bağışlamağa səlahiyyəti olduğunu biləsiniz deyə...» Sonra iflic olmuş adama dedi: «Dur, xərəyini götür, evinə get».+  Həmin adam durub evinə getdi.  Camaat bunu görəndə qorxuya düşdü və insanlara bu cür səlahiyyət verən Allahı mədh etməyə başladı.  Sonra İsa yoluna davam edərkən vergi idarəsində oturmuş Mətta adında bir adamı gördü və ona dedi: «Ardımca gəl». O durub İsanın ardınca getdi.+ 10  Daha sonra İsa şagirdləri ilə bərabər onun evində süfrə başında əyləşərkən çoxlu vergiyığan və günahlı da gəlib onlarla süfrə arxasına əyləşdi.+ 11  Bunu görən fərisilər onun şagirdlərinə dedilər: «Niyə sizin ustadınız vergiyığanlar və günahlılarla çörək kəsir?»+ 12  İsa bunu eşidib dedi: «Həkimə sağlam adamlar yox, xəstələr möhtacdır.+ 13  Gedin, “Mən qurban yox, mərhəmət istəyirəm” sözlərinin mənasını öyrənin.+ Çünki mən salehləri yox, günahlı adamları çağırmağa gəlmişəm». 14  Sonra Yəhyanın şagirdləri onun yanına gəlib dedilər: «Nə üçün biz də, fərisilər də oruc tuturuq, amma sənin şagirdlərin tutmur?»+ 15  İsa cavab verdi: «Bəy dostları ilə olanda heç dostlar yas tutar?+ Lakin gün gələcək, bəyi aralarından götürəcəklər,+ bax onda onlar oruc tutacaqlar. 16  Heç kəs köhnə paltara təzə parçadan* yamaq tikməz, çünki yamaq yığılanda yırtılmış yer daha da korlanar.+ 17  Həmçinin təzə şərabı köhnə tuluqlara tökməzlər, yoxsa tuluq yırtılar, şərab da axıb tökülər və tuluq yararsız hala düşər. Təzə şərabı təzə tuluqlara tökərlər, onda nə şərab, nə də tuluq zay olmaz». 18  İsa bunları danışarkən bir sinaqoq rəisi ona yaxınlaşdı və təzim edib dedi: «Qızım, yəqin ki, artıq ölüb, amma sən gəlib əlini onun üstünə qoysan, o həyata qayıdar».+ 19  İsa şagirdləri ilə birgə durub onunla getdi. 20  Düz on iki il idi ki, qanaxmadan əziyyət çəkən+ bir qadın arxadan yaxınlaşıb İsanın paltarının saçağına toxundu,+ 21  çünki ürəyində deyirdi: «Əgər onun paltarına toxunsam, sağalacağam». 22  İsa çönüb qadını gördü və dedi: «Qorxma, bacım*, imanın səni sağaltdı».+ Qadın o andaca sağaldı.+ 23  İsa sinaqoq rəisinin evinə gələndə ney çalanları və ora-bura vurnuxan camaatı görüb+ 24  dedi: «Çıxın buradan, qız ölməyib, yatır».+ Onda camaat İsaya güldü. 25  Adamları bayıra çıxartdılar və İsa dərhal içəri girdi. O, qızın əlindən tutdu+ və qız qalxdı.+ 26  Əlbəttə ki, bu xəbər bütün o əraziyə yayıldı. 27  İsa oradan çıxıb yolla gedərkən iki kor+ onun dalınca gedib qışqıra-qışqıra: «Davud Oğlu, bizə rəhmin gəlsin!» — deyirdi. 28  İsa evə girəndən sonra korlar onun yanına gəldilər. İsa onlardan soruşdu: «İnanırsınız ki, mən bunu edə bilərəm?»+ Onlar cavab verdilər: «Bəli, Ağa, inanırıq». 29  İsa onların gözlərinə toxundu+ və dedi: «Qoy inandığınız kimi olsun». 30  Onların gözləri açıldı. İsa onlara bərk-bərk tapşırdı: «Baxın ha, bunu heç kəsə danışmayın!»+ 31  Onlar isə çıxıb o yerin bütün sakinlərinə İsa haqqında danışdılar. 32  Onlar çıxanda İsanın yanına içinə cin girmiş bir lal adam gətirdilər.+ 33  İsa cini qovandan sonra bu adamın dili açıldı.+ Camaat heyrət içində dedi: «İndiyəcən İsraildə belə şey olmayıb».+ 34  Fərisilər isə dedilər: «Bu adam cinlərin hökmdarının əli ilə cin qovur».+ 35  Sonra İsa şəhərləri və kəndləri bir-bir gəzməyə başladı. O, sinaqoqlarda vəz edir, Padşahlıq haqqında müjdəni təbliğ edir, hər cür xəstəliyi və naxoşluğu sağaldırdı.+ 36  İsa camaatı görəndə onların halına acıdı,+ çünki bu adamlar çobansız qoyunlar kimi yazıq və dağınıq idilər.+ 37  Onda İsa şagirdlərinə dedi: «Bəli, məhsul bol, biçinçi isə azdır.+ 38  Buna görə də biçin Sahibinə yalvarın ki, məhsulu yığmağa biçinçi göndərsin».+

Haşiyələr

Yəni yuyulmamış parçadan.
Hərfən: qızım.