Kontentə keç

Mündəricatı göstər

OYAQ QALIN!

Rusiya Ukraynaya hücum edib

Rusiya Ukraynaya hücum edib

 Dünya liderlərinin müharibənin qarşısını almaq cəhdlərinə baxmayaraq, 24 fevral 2022-ci il tarixində səhər saatlarında Rusiya Ukraynanı işğal etməyə başlayıb. Bu müharibə dünyadakı vəziyyətə necə təsir edəcək? BMT-nin baş katibi Antonio Quterreş bir neçə gün əvvəl deyib: «İnsan iztirabları, dağıntılar, Avropa və qlobal təhlükəsizliyə dəyəcək ziyan o dərəcədə böyükdür ki, onu təsəvvür etmək belə mümkün deyil».

Müqəddəs Kitaba əsasən, bu kimi hadisələrin hansı əhəmiyyəti var?

  •   İsa Məsih bu cür hadisələrin baş verəcəyini peyğəmbərlik etmişdi. O demişdi: «Millət millətə qarşı, dövlət dövlətə qarşı qalxacaq» (Mətta 24:7). «Axırzamanda yaşayırıq?» adlı məqaləni oxuyun və görün İsa Məsihin müharibələr barədə söylədiyi peyğəmbərlik necə yerinə yetir.

  •   Müqəddəs Kitabın «Vəhy» bölməsində müharibələr «kürən at»ın belində oturan və «yer üzündən sülhü [götürən]» atlı ilə təmsil olunub. «Axırzaman carçıları və gələcəyiniz» adlı məqaləni oxuyun və görün bu peyğəmbərlik bu gün baş verən müharibələrlə necə əlaqəlidir.

  •   Müqəddəs Kitabın «Dənyal» bölməsində «şimal padşahı» ilə «cənub padşahı» arasındakı qarşıdurma peyğəmbərlik edilmişdi (Dənyal 11:25—45). «Yerinə yetmiş peyğəmbərlik. Dənyal 11-ci fəsil» adlı videoya baxın və görün nəyə görə Rusiya və onun müttəfiqləri şimal padşahı hesab edilir a.

  •   «Vəhy» kitabında həm də «Qadir Allahın böyük günündə olacaq [müharibədən]» bəhs edilir (Vəhy 16:14, 16). Amma Qadir Allahın müharibəsi indi millətlər arasında gedən bu müharibə kimi olmayacaq. Gələcək hadisələr barədə əlavə məlumat üçün «Armageddon müharibəsi nədir?» adlı məqaləni oxuyun.

Nəyə görə gələcəyə ümidlə baxmaq üçün əsasımız var?

  •   Müqəddəs Kitabda deyilir ki, Allah «yerin bir ucundan o biri ucunadək döyüşləri [kəsəcək]» (Zəbur 46:9). Allahın vəd etdiyi gözəl gələcək barədə öyrənmək üçün «Gözəl gələcəyə real ümid» adlı məqaləni oxuyun.

  •   İsa davamçılarını Allahın Padşahlığının gəlişi barədə dua etməyi öyrətmişdi (Mətta 6:9, 10). Padşahlıq göydə qurulmuş hökumətdir. O, Allahın yer üzünə dair niyyətini həyata keçirəcək, o cümlədən bütün yer üzündə sülhü bərqərar edəcək. Allahın Padşahlığının nələr edəcəyi barədə öyrənmək üçün «Allahın Padşahlığı» adlı videoya baxın.

 Ukraynada 129 000-dən çox Yehovanın Şahidi yaşayır. Başqa ölkələrdəki dindaşları kimi, onlar da İsadan nümunə götürərək siyasi məsələlərdə bitərəf mövqe tuturlarmüharibələrdə iştirak etmirlər (Yəhya 18:36). Bütün dünyada Yehovanın Şahidləri Padşahlıq haqqında müjdəni təbliğ etməyə davam edirlər və yalnız bu Padşahlığın, müharibələr də daxil olmaqla, bəşəriyyətin bütün problemlərinə son qoyacağını bəyan edirlər (Mətta 24:14). Müqəddəs Kitabın verdiyi ümid barədə daha çox öyrənmək üçün bizimlə əlaqə saxlayın.

a Bu peyğəmbərlik «Axırzamanda “şimal padşahı” olmuş dövlətlər» və «Şimal padşahı bu gün kimdir?» adlı məqalələrdə daha ətraflı izah olunur.