Kontentə keç

Aleksandr Çaqan və həyat yoldaşı Yekaterina

1 MART 2024
RUSİYA

Aleksandr Çaqan səkkiz illik həbs cəzasına məhkum olundu

Aleksandr Çaqan səkkiz illik həbs cəzasına məhkum olundu

29 fevral 2024-cü il tarixində Samara Vilayətinin Tolyatti Şəhərinin Mərkəzi Rayon Məhkəməsi Aleksandr Çaqan qardaşı təqsirli bilərək səkkiz illik həbs cəzasına məhkum etdi. Qardaş elə məhkəmə zalında həbs olundu.

Qardaş haqda məlumat

Aleksandr və onun kimi Yehovanın adına görə özünü fəda edən digər bacı-qardaşlarımıza görə daima dua edəcəyik ki, Yehova «üzünün nurunu» onların üstlərinə salsın (Zəbur 119:135, 139).

Hadisələrin gedişatı

  1. 4 mart 2022-ci il

    Evində axtarış aparıldı

  2. 14 sentyabr 2022-ci il

    Cinayət işi açıldı

  3. 21 sentyabr 2022-ci il

    Evində ikinci dəfə axtarış aparıldı

  4. 22 sentyabr 2022-ci il

    Sorğu-sual edildi və gecəni kamerada keçirdi

  5. 23 sentyabr 2022-ci il

    Azadlığa buraxıldı və başqa yerə getməməklə bağlı iltizam alındı

  6. 23 avqust 2023-cü il

    Cinayət işi üzrə məhkəmə icraatı başladı

  7. 29 fevral 2024-cü il

    Təqsirli bilinib səkkiz illik həbs cəzasına məhkum edildi

a Müsahibə Aleksandr qardaş həbs olunmazdan əvvəl götürülüb.