Zəbur 119:1—176

  • Allahın Kəlamının vəsfi

    • Cavan yolunu necə pak saxlasın? (9)

    • Öyüdlərin mənə əzizdir (24)

    • Sözünə ümid bağlamışam (74, 81, 114)

    • Qanununu elə sevirəm ki! (97)

    • Müəllimlərdən də zəkalı (99)

    • Sözün addımlarıma çıraqdır (105)

    • Sözünün bünövrəsi həqiqətdir (160)

    • Qanununu sevənlər sülh içində yaşayır (165)

א [Alef]* 119  Nə xoşbəxtdir yolunda kamil olan,Yehovanın qanunu ilə addımlayan insan!+   Nə xoşbəxtdir Onun öyüdlərinə riayət edən,+Bütün qəlbi ilə Onu axtaran insan!+   Belələri haqsızlıq etməz,Onun yollarında addımlayar.+   Sən bizə əmr etdin ki,Buyruqlarına diqqətlə əməl edək.+   Qayda-qanununa riayət etmək üçün+Təki yolumda əzmlə dura biləydim,   O zaman bütün əmrlərini götür-qoy edəndəXəcalət çəkməzdim.+   Adil hökmlərini öyrəndikcəSəni sidqi-ürəkdən ucaldaram.   Qayda-qanununa riayət edərəm,Nə olar, məni büsbütün tərk etmə. ב [Bet]   Cavan adam yolunu necə pak saxlaya bilər? Sənin sözünə baxıb özünü gözləməklə.+ 10  Mən bütün qəlbimlə Səni axtarıram,Qoyma əmrlərindən çıxım.+ 11  Sözlərini qəlbimdə hifz edirəm ki,+Sənə qarşı günah etməyim.+ 12  Sənə alqış olsun, ey Yehova,Mənə qayda-qanununu öyrət. 13  Ağzından çıxan bütün hökmləriDilimlə bəyan edirəm. 14  Dünyanın sərvətindən çoxSənin öyüdlərin mənə sevinc verir.+ 15  Buyruqların barədə dərindən düşünərəm,+Sənin yollarından gözümü ayırmaram.+ 16  Tələblərin mənə əzizdir,Sənin sözünü unutmaram.+ ג [Qimel] 17  Bu quluna yaxşılıq et,Qoy yaşayıb Sənin sözünə qulaq assın.+ 18  Gözlərimi aç,Qoy qanunundakı gözəllikləri aydın görüm. 19  Bu diyarda bir qəribəm,+Əmrlərini məndən gizlətmə. 20  Daim hökmlərininİntizarını çəkirəm. 21  Sən əmrlərini pozanları,Lənətə gəlmiş lovğaları məhkum etdin.+ 22  Həqarəti, nifrəti məndən kənar et,Axı öyüdlərinə əməl etmişəm. 23  Hətta başçılar toplaşıb əleyhimə danışandaBu qulun qayda-qanunun barədə düşünür. 24  Öyüdlərin mənə əzizdir,+Onlar məsləhətçimdir.+ ד [Dalet] 25  Canım torpağa sərilib,+Verdiyin sözə görə yaşat məni.+ 26  Yollarımı Sənə bildirdim, mənə hay verdin. Qayda-qanununu öyrət mənə.+ 27  Buyruqlarının mənasını mənə anlat ki,Möhtəşəm işlərinin dərinliklərinə varım.+ 28  Qəm-qüssə əlindən yata bilmirəm,Verdiyin sözə görə mənə qüvvət ver. 29  Qoyma yalan yola qədəm basım,+Mənə lütf göstər, qanununu öyrət. 30  Mən sədaqət yolunu seçmişəm,+Hökmlərini haqlı sayıram. 31  Öyüdlərinə sarılmışam,+Məni peşman eyləmə, ey Yehova.+ 32  Əmrlərinin yolunda qaçacağam,Çünki Sən bu istəyi ürəyimə qoymusan*. ה [He] 33  Ey Yehova, qayda-qanununun yolunu mənə öyrət,+Axıradək bu yolda yeriyərəm.+ 34  Mənə dərrakə ver, qanununa riayət edim,Bütün qəlbimlə ona əməl edim. 35  Əmrlərinin yolunda mənə bələdçi ol,+Çünki onlardan həzz alıram. 36  Ürəyimi gəlir-qazanca yox,Öyüdlərinə tərəf yönəlt.+ 37  Qoyma gözüm puç şeylərə baxsın,+Öz yolunda məni yaşat. 38  Quluna verdiyin sözü yerinə yetir,Qoy Səndən qorxsun*. 39  Qorxduğum biabırçılığı məndən sovuşdur,Axı hökmlərin doğrudur.+ 40  Buyruqlarına necə də tamarzıyam,Doğruluğunla məni yaşat. ו [Vav] 41  Ey Yehova, qoy məhəbbətini,+Vəd etdiyin qurtuluşu dadım.+ 42  Onda mənə lağ edənin cavabını verərəm,Axı mən Sənin sözünə güvənirəm. 43  Həqiqət sözünü büsbütün dilimdən alma,Axı ümidimi Sənin hökmünə bağlamışam. 44  Qanununa həmişə bağlı qalacağam,Əbədiyyən.+ 45  Arxayın gəzib-dolanacağam,+Çünki buyruqlarını arayıram. 46  Öyüdlərin barədə padşahların önündə danışaram,Əsla utanmaram.+ 47  Əmrlərin mənə əzizdir,Onları sevirəm.+ 48  Əmrlərini sevirəm, əllərimi onlara tərəf açaram,+Qayda-qanunun barədə dərindən düşünərəm.+ ז [Zayn] 49  Quluna verdiyin sözü yada sal,Onunla Sən mənə ümid vermisən. 50  Məni dərd sıxanda bundan təsəlli tapıram,+Çünki sözün məni yaşadır. 51  Məğrurlar mənə hədsiz həqarət edirlər,Amma mən Sənin qanunundan dönmürəm.+ 52  Ey Yehova, əzəldən verdiyin hökmləri xatırlayıram,+Onlardan təskinlik tapıram.+ 53  Qanununu tərk edən pislərə görəQəzəbim alışıb-yanır.+ 54  Harada yaşasamQayda-qanunun mənim nəğməmdir. 55  Qanununla yaşamaq üçün,Ey Yehova, gecələr adını yada salıram.+ 56  Bunu adət etmişəm,Çünki buyruqlarına əməl edirəm. ח [Xet] 57  Ey Yehova, nəsibim Sənsən,+And içmişəm, sözündən çıxmaram.+ 58  Bütün qəlbimlə Sənə yalvarıram,+Nə olar, söz verdiyin kimi mənə lütf göstər.+ 59  Ömür yoluma nəzər saldım ki,Addımlarımı öyüdlərinə sarı döndərim.+ 60  Əmrlərinə əməl etməyə tələsirəm,Ləngimərəm.+ 61  Pislərin ipləri mənə sarınıb,Lakin mən qanununu unutmamışam.+ 62  Gecə yarısı qalxıbAdil hökmlərinə görə Sənə şükür edirəm.+ 63  Səndən qorxanlarla,Buyruqlarına əməl edənlərlə dostam.+ 64  Ey Yehova, məhəbbətin dünyanı bürüyüb.+ Mənə qayda-qanununu öyrət. ט [Tet] 65  Ey Yehova, Öz sözünə görəBu qulunla xoş rəftar etdin. 66  Mənə bəsirət və bilik aşıla,+Axı əmrlərinə bel bağlamışam. 67  Başım müsibət çəkməzdən əvvəl yolumu azırdım,İndi isə sözünə əməl edirəm.+ 68  Sən kəramət sahibisən,+ işlərin də kəramətlidir. Mənə qayda-qanununu öyrət.+ 69  Məğrurlar mənə qara yaxır,Mən isə bütün qəlbimlə buyruqlarına əməl edirəm. 70  Onların ürəyi hissiyatsızdır,+Mənsə qanununu əziz tuturam.+ 71  Əzaba qatlaşmağım xeyrimə oldu,+Belə ki, Sənin qayda-qanununu mənimsədim. 72  Ağzından çıxan qanun xeyrimədir,+Minlərlə qızıl-gümüşdən də qiymətlidir.+ י [Yud] 73  Məni Sənin əllərin yaratdı, mənə onlar şəkil verdi. Mənə dərrakə ver ki, əmrlərini dərk edim.+ 74  Səndən qorxanlar mənə baxıb sevinir,Çünki Sənin sözünə ümid bağlamışam.+ 75  Hökmlərin haqdır, ey Yehova, bilirəm,+Məni cəzalandırmaqla da sədaqət göstərmisən.+ 76  Bu quluna vəd etdiyin kimi,Məhəbbətin+ mənə təsəlli olsun. 77  Mənə mərhəmət göstər, qoy yaşayım,+Çünki qanunun mənə əzizdir.+ 78  Qoy məğrurlar utansın,Çünki nahaqdan* mənə pislik edirlər. Mən isə buyruqlarını düşünürəm.+ 79  Qoy Səndən qorxanlar,Öyüdlərini bilənlər yanıma qayıtsın. 80  Qoy ürəyim qayda-qanununa kamil riayət etsin ki,+Heç xəcalət çəkməyim.+ כ [Kaf] 81  Xilasının həsrətindəyəm,+Axı Sənin sözünə ümid bağlamışam. 82  Gözüm sözünün intizarındadır,+Deyirəm: «Mənə nə vaxt təsəlli verəcəksən?»+ 83  Tüstüdən qurumuş tuluq kimi olmuşam,Amma qayda-qanununu unutmuram.+ 84  Bu qulun daha nə qədər gözləsin? Məni təqib edənlərin cəzasını nə vaxt verəcəksən?+ 85  Qanununu pozan məğrurlarMənə quyu qazırlar.  86  Bütün əmrlərin etibarlıdır. Məni nahaq yerə təqib edirlər, imdadıma yetiş.+ 87  Az qala məni yer üzündən yox edəcəkdilər,Amma mən buyruqlarını pozmadım. 88  Məhəbbətinlə məni yaşat,Qoy ağzından çıxan öyüdlərə əməl edim. ל [Lamed] 89  Ey Yehova, Sənin sözün göylərdəƏbədi duracaq.+ 90  Sədaqətin nəsildən-nəslə qalır.+ Yeri möhkəm qurmusan ki, durduqca-dursun.+ 91  Hökmlərinə əsasən onlar bu gün də durur,Hamısı* Sənin qulluğundadır. 92  Əgər qanunun mənə əziz olmasaydı,Əzab-əziyyətdən məhv olub getmişdim.+ 93  Buyruqlarını heç vaxt unutmaram,Çünki onlarla məni yaşadırsan.+ 94  Mən Sənə məxsusam, mənə nicat ver,+Axı mən buyruqlarını aramışam.+ 95  Şər adamlar öldürmək üçün məni güdürlər,Mən isə Sənin öyüdlərinə diqqət verirəm. 96  Hər cür kamilliyin həddini görmüşəm,Ancaq Sənin əmrin intəhasızdır*. מ [Mem] 97  Qanununu elə sevirəm ki!+ Gecə-gündüz onu düşünürəm.+ 98  Əmrlərin məni düşmənlərimdən ağıllı edir,+Çünki onlar əbədiyyən mənimlədir. 99  Müəllimlərimdən də zəkalı olmuşam,+Çünki öyüdlərinə fikir verirəm. 100  Ahıl adamlardan da müdrik davranıram,Çünki buyruqlarına əməl edirəm. 101  Hər cür pis yolu rədd edirəm ki,+Sənin sözünə bağlı qalım. 102  Hökmlərindən çıxmıram,Axı məni öyrədən Sənsən. 103  Sözlərin damağıma necə şirindir,Onlar ağzımda baldan da şirindir.+ 104  Buyruqların sayəsində müdrik davranıram,+Hər cür əyri yola nifrət edirəm.+ נ [Nun] 105  Sözün addımlarıma çıraq,Yollarıma işıqdır.+ 106  And içmişəm adil hökmlərinə əməl edim,Andımı yerinə yetirəcəyəm. 107  Böyük müsibət gördüm,+Sözünə görə məni yaşat, ey Yehova.+ 108  Mədhlərdən gətirdiyim könüllü təqdimələri qəbul et, ey Yehova,+Hökmlərini mənə öyrət.+ 109  Həyatım hər an təhlükədədir,Lakin qanununu unutmuram.+ 110  Şər adamlar mənə tələ qurublar,Lakin mən buyruqlarından çıxmamışam.+ 111  Öyüdlərini özümə miras edirəm,Çünki onlar qəlbimin sevincidir.+ 112  Özüm üçün qərar vermişəm ki,Daima, sonadək qayda-qanununa tabe olum. ס [Samex] 113  Ürəyi haçalanan adamlara nifrət edirəm,+Lakin qanununu sevirəm.+ 114  Sən mənim pənahımsan, qalxanımsan,+Axı Sənin sözünə ümid bağlamışam.+ 115  Məndən uzaq durun, siz, ey pislər,+Qoyun Allahımın əmrlərinə riayət edim. 116  Vəd etdiyin kimi mənə dayaq ol, yaşayım,+Qoyma ümidim boşa çıxsın.+ 117  Mənə dayaq ol, qurtulum,+Onda gözümü qayda-qanununa dikərəm.+ 118  Qayda-qanununu pozanları rədd edirsən,+Çünki onlar hiyləgər, saxtakardırlar. 119  Dünyanın bütün pislərini zibil* kimi yox edirsən,+Buna görə də öyüdlərini sevirəm. 120  Zəhmindən bədənim tir-tir əsir,Hökmlərindən qorxuram. ע [Ayn] 121  Mən insafla, dürüstlüklə davranıram,Məni zülmkarlarıma təslim etmə. 122  Bu qulun xeyri üçün ona zamin dur,Qoyma məğrurlar mənə zülm etsin. 123  Qurtuluşunun, haqq vədinin intizarından+Gözümün kökü saralıb.+ 124  Quluna məhəbbətini göstər,+Mənə qayda-qanununu öyrət.+ 125  Mən Sənin qulunam. Mənə dərrakə ver ki,+Öyüdlərini qavrayım. 126  Yehovanın hərəkətə keçmək vaxtı yetişib,+Çünki onlar qanununu pozublar. 127  Əmrlərini qızıldan,Saf qızıldan da çox sevirəm.+ 128  Buna görə Səndən gələn hər buyruq mənim üçün doğrudur;+Hər cür əyri yola nifrət edirəm.+ פ [Pe] 129  Öyüdlərin gözəldir,Buna görə də onlara əməl edirəm. 130  Sözün açıqlananda nur saçılır,+Naşı adama dərrakə verir.+ 131  Ağzımı açıb ah çəkirəm,Çünki əmrlərini eşitməyin intizarındayam.+ 132  Adını sevənlər üçün qoyduğun adətə görə,Mənə sarı dön, mənə lütf göstər.+ 133  Sözünlə addımlarımı təhlükəsiz yola yönəlt,Qoy heç bir pislik mənə ağalıq etməsin.+ 134  Zülmkarların əlindən məni qurtar,Sənin buyruqlarına əməl edəcəyəm. 135  Üzünün nurunu qulunun üstünə sal,+Qayda-qanununu mənə öyrət. 136  Göz yaşlarım sel kimi axır,Çünki insanlar qanununa tabe olmur.+ צ [Tsade] 137  Sən haqsan, ey Yehova,+Hökmlərin də haqq.+ 138  Öyüdlərin haqqdır,Tam etibarlıdır. 139  Qeyrətim məni yandırıb-yaxır,+Çünki rəqiblərim Sənin sözlərini unudublar. 140  Sənin sözün büsbütün safdır,+Qulun onu sevir.+ 141  Məni saymırlar, həqarətlə baxırlar,+Amma mən buyruqlarını unutmadım. 142  Ədalətin əbədi ədalətdir,+Qanunun həqiqətdir.+ 143  Başıma dərd-bəla gəlsə də,Əmrlərin mənim üçün əzizdir. 144  Öyüdlərinin doğruluğu əbədidir. Mənə dərrakə ver,+ qoy yaşayım. ק [Kof] 145  Bütün qəlbimlə yalvarıram, ey Yehova, mənə hay ver. Qayda-qanununa əməl edərəm. 146  Səni səsləyirəm, qurtar məni! Sənin öyüdlərinə qulaq asaram. 147  Dan yeri sökülməmiş oyanıb Səndən imdad diləyirəm.+ Axı Sənin sözlərinə ümid bağlamışam. 148  Gecə yarısı oyanıram ki,Verdiyin söz haqqında düşünüm.+ 149  Məhəbbətin naminə səsimi eşit,+Ey Yehova, ədalətinlə məni yaşat. 150  Pozğunluq düşkünləri mənə yaxınlaşır,Onlar Sənin qanunundan uzaqdırlar. 151  Ey Yehova, Sən mənə yaxınsan,+Bütün əmrlərin həqiqətdir.+ 152  Öyüdlərini əbədilik bərqərar etmisən,Bunu çoxdan öyrənmişəm.+ ר [Reyş] 153  Əzab-əziyyətimi gör, məni qurtar,+Axı qanununu unutmadım. 154  Məni müdafiə et, məni qurtar,+Vəd etdiyin kimi məni yaşat. 155  Şər adamlar qurtuluş görməyəcək,Çünki onlar qayda-qanununu axtarmırlar.+ 156  Mərhəmətin böyükdür, ey Yehova,+Ədalətinə görə məni yaşat. 157  Mənə zülm edən, mənə düşmən kəsilən çoxdur,+Amma mən öyüdlərindən ayrılmadım. 158  Xainlərə ikrahla baxıram,Çünki Sənin sözünə əməl etmirlər.+ 159  Gör buyruqlarını nə qədər sevirəm! Ey Yehova, məhəbbətinlə məni yaşat.+ 160  Sözünün bünövrəsi həqiqətdir,+Bütün adil hökmlərin əbədidir. ש [Sin], yaxud [Şin] 161  Sərdarlar nahaqdan məni təqib edir,+Mənimsə ürəyim Sənin sözlərindən qorxur.+ 162  Böyük xəzinə tapan adam kimiSənin sözlərinə sevinirəm.+ 163  Yalana nifrət edirəm, ikrah edirəm,+Qanununu isə sevirəm.+ 164  Adil hökmlərindən ötrüGündə yeddi dəfə Sənə alqış edirəm. 165  Qanununu sevənlərin əmin-amanlığı boldur,+Onları heç nə büdrətməz. 166  Qurtuluşuna ümid edirəm, ey Yehova,Əmrlərini yerinə yetirirəm. 167  Öyüdlərinə qulaq asıram,Onları elə sevirəm ki!+ 168  Buyruqlarına, öyüdlərinə əməl edirəm,Bütün yollarımdan xəbərdarsan.+ ת [Tav] 169  Qoy fəryadım Sənə yetişsin, Yehova,+Dediyin kimi mənə ağıl-kamal ver.+ 170  Qoy iltifat diləyim dərgahına qalxsın. Vəd etdiyin kimi mənə nicat ver. 171  Qoy dodaqlarımdan Sənə mədhlər tökülsün,+Çünki mənə qayda-qanununu öyrədirsən. 172  Qoy dilim sözlərini nəğmədə oxusun,+Çünki bütün əmrlərin salehdir. 173  Qoy əlin köməyim olsun,+Çünki buyruqlarına tabe olmağı seçmişəm.+ 174  Ey Yehova, qurtuluşunun intizarındayam,Qanunun mənə əzizdir.+ 175  Yaşat məni, qoy Səni mədh edim,+Qoy hökmlərin köməyim olsun. 176  İtmiş qoyun kimi azmışam;+ bu qulunu axtar,Axı Sənin əmrlərini unutmamışam.+

Haşiyələr

İbrani əlifbasının ilk hərfidir. Bu məzmur orijinal mətndə əlifba sırası ilə yazılmışdır.
Digər variant: Sən mənim ürəyimə əminlik verirsən.
Digər variant: Səndən qorxanlara verdiyin sözü.
Digər variant: yalanlarla.
Yəni Allahın yaratdıqları.
Hərfən: çox genişdir.
Hərfən: posa (filiz əridiləndə ayrılan qalıq).