Kontentə keç

Mündəricatı göstər

NƏĞMƏ 48

Hər gün Allahın yolu ilə yeriyək

Hər gün Allahın yolu ilə yeriyək

(Mikə 6:8)

  1. 1. Allahın haqq yollarıyla

    Təvazöylə hər gün yeriyək.

    Tanrının lütfü böyükdür,

    Dəyanətlə pak yolda gedək.

    Yol açdı Rəbb məhəbbətlə,

    Biz olaq Ona yaxın.

    Duada həsr olunmuşuq,

    Daim gəl tutaq tərəfin.

  2. 2. Bu dövrün sonu yaxındır,

    Qəzəbin yerə tökür Şeytan.

    Təqiblərlə üzləşirik,

    Biz sapa bilərik qorxudan.

    Kim Rəbbə sadiq qalarsa,

    Hifz eylər onu Allah.

    Tanrıya xidmət edərək,

    Haqq yolda biz mətin qalaq.

  3. 3. Kəlamıyla, yığıncaqla

    Xalqını Rəbb daim yönəldir.

    Duaya cavab verərək

    Mehrinə bizi əmin edir.

    Haqq yoluyla yeridikcə

    Daim düz işlər görək.

    Nemətlər bəxş eyləyər O,

    Təvazöylə biz yerisək.

(Həmçinin baxın: Yar. 5:24; 6:9; 1 Pad. 2:3, 4.)