Kontentə keç

Mündəricatı göstər

NƏĞMƏ 47

Hər gün Yehovaya dua et

Hər gün Yehovaya dua et

(1 Salonikililərə 5:17)

  1. 1. Hər gün dua et Yehovaya sən,

    Qoy tökülsün həmd-səna dilindən.

    Aç Allaha qəlbini duada,

    Tam güvənsən, yar olar bil, Xuda,

    Hər gün dua et Rəbbə.

  2. 2. Hər gün dua et, şükr et Allaha,

    O, rəhm edəndir, Ondan əfv dilə.

    Səhv edəndə etiraf et Rəbbə,

    Heç unutmaz torpaqdandır bəndə.

    Hər gün dua et Rəbbə.

  3. 3. Hər bir çətin anında et dua,

    Bil ki, dayaq olacaq Haqq-Taala.

    Hifz edəcək, sən sığın Allaha,

    Qorxma, qoymaz O, səni tək-tənha.

    Hər gün dua et Rəbbə.