Kontentə keç

Yığıncaqlarınız necə təşkil edilib?

Yığıncaqlarınız necə təşkil edilib?

 Hər yığıncağın fəaliyyətinə rəhbərliyi ağsaqqallar şurası həyata keçirir. Təxminən 20 yığıncaqdan bir rayon, 10 rayondan isə bir vilayət təşkil edilir. Yığıncaqlara vaxtaşırı olaraq rayon və vilayət nəzarətçiləri kimi tanınan səyyar xidmətdə olan ağsaqqallar baş çəkir.

 Müqəddəs Yazılar əsasında rəhbərlik və təlimatlar Rəhbərlik Şurası tərəfindən təqdim olunur. Bu şura artıq uzun müddət Yehovanın Şahidi olan və hal-hazırda təşkilatın Bruklindəki (ABŞ, Nyu-York) beynəlxalq ofisində çalışan insanlardan təşkil olunub (İncil, Həvarilərin işləri 15:23—29; 1 Timoteyə 3:1—7).