Kontentə keç

Müjdə Almaniyadakı Roma və Sinti qaraçılarına çatır

Müjdə Almaniyadakı Roma və Sinti qaraçılarına çatır

Almaniyada on minlərlə Sinti və Roma xalqlarına a məxsus insan yaşayır. Bu yaxınlarda Yehovanın Şahidləri onların doğma dili olan qaraçı dilində b Müqəddəs Kitaba əsaslanan bukletlər, broşürlər və videolar hazırladılar.

Gözlənilməz maraq

Sinti və Roma qaraçılarının əksəriyyəti Şahidlərin təşkil etdiyi bu kampaniyanı böyük maraq və sevinclə qarşıladılar. Bu kampaniyada iştirak edən Andre və Ester adlı bir cütlük bölüşür: «Xoş xəbəri çatdırmaq üçün xüsusi təşəbbüs göstərdiyimizi görəndə onlar heyrətə gəlirdilər». Müqəddəs Kitabdakı xoş xəbəri doğma dillərində eşitmək və oxumaq çoxlarına dərin təsir bağışlayırdı. Hətta bir gənc qadın qaraçı dilində «Müqəddəs Kitabı öyrənmək nəyə görə vacibdir?» adlı videoya baxarkən təkrar-təkrar: «Bu, mənim doğma dilimdir!» — deyərək heyrətlənmişdi.

Hamburg şəhərindəki kampaniyada iştirak edən Mateas adlı Yehovanın Şahidi deyir: «Arvadımla mən səkkiz nəfərlik qrupla Sinti və Roma xalqlarına məxsus təxminən 400 qaraçının yaşadığı əraziyə baş çəkmişdik. Söhbət etdiyimiz hər kəs bizdən ədəbiyyat istəyirdi». Kampaniyada iştirak edən Betina adlı Şahid isə belə deyir: «Bəziləri Yehovanın Şahidlərinin qaraçı dilində hazırladığı nəşrləri görəndə göz yaşlarını saxlaya bilmirdi». Çoxları dərhal verilən nəşrləri ucadan oxumağa başlayır və hətta dostları üçün də əlavə nüsxələr istəyirdi.

Sinti və Roma qaraçılarının çoxu açıq məruzələrdən birinə etdiyimiz dəvəti qəbul etmişdilər. Hamburqdakı ibadət evinə gələn 94 nəfərin əksəriyyəti əvvəllər heç vaxt burada olmamışdı. Heydelberq yaxınlığında yerləşən Raylingendəki yığıncağa gələnlərin ümumi sayı isə 123 nəfər idi. Daha sonra onlardan beşi Müqəddəs Kitab dərsinə başlamaq istədiyi bildirmişdi.

Yehovanın Şahidləri bu kampaniyada təxminən 3000 broşür və buklet payladı. Sinti və Roma xalqlarına məxsus 360-dan çox qaraçıya təbliğ edildi və 19 nəfərlə Müqəddəs Kitab dərsinə başlandı. Onlardan bəziləri növbəti sözləri söyləmişdi: «Allahın bizim haqda düşündüyünü bilmək adamı riqqətə gətirir».

a Sinti qaraçıları Qərbi və Mərkəzi Avropada, Roma qaraçıları isə Şərqi və Cənub-Şərqi Avropada yaşayan xalqdır.

b Bir ensiklopediyaya əsasən, qaraçı dili 60-dan çox müxtəlif dialektdən ibarətdir («Encyclopædia Britannica Online»). Bu məqalədə «qaraçı dili» ifadəsi altında Almaniyada yaşayan Sinti və Roma qaraçılarının danışdığı bütün bu dialektlər nəzərdə tutulur.

Yehovanın Şahidləri 2016-cı ilin sentyabr-oktyabr aylarında Almaniyanın Berlin, Bremerhafen, Freyburq, Hamburq, Heydelberq kimi müxtəlif şəhərlərində xüsusi kampaniya keçirdi. Bu kampaniyada Roma və Sinti xalqlarına öz doğma dillərində olan nəşrlər paylanıldı. Həmçinin ibadət evlərində qaraçı dilində açıq məruzələr təşkil edildi.