Kontentə keç

Nikolay Bojedomov Kramatorsk (Ukrayna, Donetsk vilayəti) dəmiryolu vağzalına raket hücumu zamanı həlak olub

4 MAY 2022
UKRAYNA

Əsl qardaşlıq məhəbbəti

«Bu onun son səfəri olmalı idi»

Əsl qardaşlıq məhəbbəti

Donetsk vilayətində (Ukrayna) şiddətli döyüşlər zamanı Nikolay Bojedomov mümkün qədər çox bacı-qardaşa müharibə zonasını tərk etməyə kömək edirdi. Bunun üçün o, Kramatorska bir neçə dəfə səfər etmişdi.

Nikolay Bojedomov və həyat yoldaşı Nina

Lakin 2022-ci il aprelin 8-i Kramatorsk dəmiryolu vağzalına raket hücumu zamanı Nikolay həlak oldu. Onun 58 yaşı var idi.

Hücum zamanı 50-dən çox adam həlak oldu. Nikolaydan başqa, bir bacı da həyatını itirdi. Üstəlik, 100-dən çox adam yaralandı. Yaralananların arasında bir qardaşımız da var idi. Raket zərbəsi zamanı orada olan digər bacı-qardaşlar iki qulaqbatırıcı partlayışın baş verdiyini və bundan sonra hər tərəfə qəlpələrin uçduğunu deyirdilər.

Nikolay 32 il evli idi. Onun dul qalmış həyat yoldaşı Nina deyir: «O, həmişə başqalarının mənafeyini özününkündən üstün tuturdu. O xüsusilə yaşlı və xəstə bacı-qardaşlara görə narahat olurdu və onlara təxliyə olunmağa kömək etmək istəyirdi. Kramatorska hər növbəti səfəri getdikcə daha təhlükəli olurdu. Bu onun son səfəri olmalı idi».

Nikolay və Nina 1997-ci ildə vəftiz olunmuşdular. Nikolay uzun illər sədaqətlə ağsaqqal kimi xidmət etmişdi. Qardaş həlak olandan sonra bacı-qardaşlar Ninanı sevgi və qayğı ilə əhatə etdilər. O deyir: «Bu çətin dövrdə onların təsəlli sözləri mənə çox kömək edir».

Nina deyir ki, Müqəddəs Kitab ayələri, xüsusilə də Əşiya 40:28—31 ayələri ona təsəlli verir: «Yehova gücümü təzələməyə kömək edir. Onun mənə göstərdiyi məhəbbəti sözlə ifadə etmək mümkün deyil. Əvvəllər belə məhəbbət barədə ancaq nəşrlərimizdə oxumuşdum, indi isə onu üzərimdə hiss edirəm».

Nina və müharibə ucbatından doğmalarını itirən digər bacı-qardaşlar üçün ürəkdən dua edirik. Bilirik ki, Yehova həmişə onlara dayaq olacaq (Zəbur 20:2).