Kontentə keç

Antakyada (Türkiyə) dağılmış bir bina

10 FEVRAL 2023 | YENİLƏNİB: 17 FEVRAL 2023
TÜRKİYƏ

Türkiyədəki dağıdıcı zəlzələdən on minlərlə insan zərər çəkib | YENİLƏNİB

Türkiyədəki dağıdıcı zəlzələdən on minlərlə insan zərər çəkib | YENİLƏNİB

Bazar ertəsi, 6 fevral 2023-cü il tarixində Türkiyənin cənub-şərqində 7,8 bal gücündə dağıdıcı zəlzələ baş verib. Sonra isə eyni ərazidə 7,5 bal gücündə ikinci güclü təkan olub. Həmçinin ərazidə çoxlu xırda təkanlar da müşahidə edilib. 38 000-dən çox insan həyatını itirib, 108 000-dən çox insan isə xəsarət alıb.

Türkiyədəki bacı-qardaşlara təsiri

  • Əfsuslar olsun ki, Adanada bir yaşlı bacımız, Adıyamanda isə bir qardaşımız həyat yoldaşı və iki uşağı ilə birgə dağıntılar altında qalaraq ölüblər.

  • 3 ev dağılıb.

  • 17 evə ciddi ziyan dəyib.

  • 22 evə cüzi ziyan dəyib.

  • 1 ibadət evinə ciddi ziyan dəyib.

  • 2 ibadət evinə cüzi ziyan dəyib.

Yardım işləri

  • Qardaşlar zəlzələdən zərərçəkənləri ruhlandırır, onlara dəstək olur.

  • 2 Zərərçəkənlərə yardım komitəsi fəaliyyət göstərir.

Filial komitəsinin üzvü bacı-qardaşlarımızı, o cümlədən zəlzələ nəticəsində evləri dağılmış və ya ziyan görmüş dindaşlarımızı ruhlandırır

Dağıdıcı zəlzələyə və güclü təkanlara baxmayaraq, dindaşlarımız Yehovada təsəlli tapır. Onlar əmindirlər ki, Yehova «gücümüz, pənahımızdır, dar gündə köməyə hazırdır» (Zəbur 46:1).