Kontentə keç

Həbsdən azad edildikdən sonra Vilen Avanesov və həyat yoldaşı Stella

14 FEVRAL 2024
RUSİYA

Yetmiş bir yaşlı Vilen Avanesov Rusiyada həbsdən azad edildi

Yetmiş bir yaşlı Vilen Avanesov Rusiyada həbsdən azad edildi

9 fevral 2024-cü il tarixində Vilen Avanesov qardaş təxminən beş ildən sonra azadlığa buraxıldı. Vilen 2019-cu ilin may ayında həbs edilmişdi. 29 iyul 2021-ci il tarixində ona 6 il iş kəsildi. Bir müddət istintaq təcridxanasında qaldığına görə, ondan bu kəsilən cəzanı tam çəkməsi tələb olunmadı. Oğlu Arsen də eyni vaxtda həbs edilmişdi. Arsen hələ də həbsdədir.

Vilen azadlığa buraxıldıqdan qısa müddət sonra həyat yoldaşı Stella Avanesova bacı demişdi: «Vilenin istintaq təcridxanasında keçirdiyi ilk iki il yarım hər birimiz üçün ən çətin dövr idi. Mən çox narahat idim. Biz Vilenlə heç məktub vasitəsilə də əlaqə saxlaya bilmirdik. Bundan əlavə, həm həyat yoldaşım, həm də oğlum həbsdə olduğu üçün maddi cəhətdən ailəmin qayğısına necə qalacağıma görə çox fikir çəkirdim».

Çətinliklərə rəğmən, həm Vilen, həm də Stella daima Yehovanın dəstəyini hiss edirdilər. Stella sözünə davam edir: «Vilen mənə demişdi ki, o hər dəfə məhkəmə zalına aparılanda orada bacı-qardaşları görürdü. O buna Yehovanın qayğısı kimi yanaşırdı. Yehova elə məni də heç vaxt ehtiyac içində qoymayıb. 100 faiz əminəm ki, Yehova Ona etibar edən hər kəsə kömək olur».

Vilen və Stellanın yenidən qovuşduqları üçün çox şadıq. Bundan sonra da onların oğlu Arsen və həbsdə olan digər dindaşlarımız üçün dua etməyə davam edəcəyik. Biz əminik ki, Yehova Ona sadiq qalan kəslərə daima nur, nicat və qala olacaq (Zəbur 27:1).