Kontentə keç

Yuxarı cərgə, soldan sağa: Nikolay Martınov, Serqey Kosteyev, Yaroslav Kalin və Mixail Moyş

Aşağı cərgə, soldan sağa: İqor Popov, Denis Sarajakov, Aleksey Solneçnı, Andrey Tolmaçyov və Serqey Vasilyev

27 DEKABR 2023| YENİLƏNİB: 6 MART 2024
RUSİYA

Uzun müddət həbsdə və ev dustaqlığında olmalarına baxmayaraq, qardaşlar müsbət əhval-ruhiyyəni qoruyurlar | YENİLƏNİB. QARDAŞLAR HƏBS OLUNDU

Uzun müddət həbsdə və ev dustaqlığında olmalarına baxmayaraq, qardaşlar müsbət əhval-ruhiyyəni qoruyurlar | YENİLƏNİB. QARDAŞLAR HƏBS OLUNDU

5 mart 2024-cü il tarixində İrkutsk Şəhərinin Oktyabrski Rayon Məhkəməsi Nikolay Martınov, Serqey Kosteyev, Yaroslav Kalin, Mixail Moyş, İqor Popov, Denis Sarajakov, Aleksey Solneçnı, Andrey Tolmaçyov və Serqey Vasilyev qardaşı həbsə məhkum etdi. Nikolay, Serqey Kosteyev, Yaroslav, Mixail, Aleksey və Andrey yeddi il müddətinə həbsə məhkum edildi. İqor və Denis altı il dörd ay müddətinə həbsə məhkum edildi. Serqey Vasilyev üç illik həbs cəzası aldı. O, məhkəmə zalında həbs edildi. İstintaq təcridxanasında olan digər qardaşlar isə bundan sonra da həbsdə qalacaqlar.

Qardaşlar barədə məlumat

Ailələrindən müvəqqəti uzaq qalsalar da, biz əminik ki, sədaqətlə dözüm göstərən bu qardaşlarımızı heç nə Allahın məhəbbətindən ayıra bilməz (Romalılara 8:35—39).

Hadisələrin gedişatı

  1. 4 oktyabr 2021-ci il

    İrkutsk vilayətində Yehovanın Şahidlərinin evlərində axtarış aparıldı. Nikolay, Serqey Kosteyev, Yaroslav, Mixail, Aleksey, Andrey və Serqey Vasilyev barəsində cinayət işi açıldı. Qardaşların yeddisi də həbs olundu

  2. 5 oktyabr 2021-ci il

    Yaroslav, Mixail və Aleksey istintaq təcridxanasına keçirildi

  3. 6 oktyabr 2021-ci il

    Serqey Kosteyev, Nikolay və Andrey istintaq təcridxanasına keçirilir. Serqey Vasilyev istintaq təcridxanasından ev dustaqlığına keçirildi

  4. 30 noyabr 2021-ci il

    Digər Yehovanın Şahidlərinin evlərində axtarış aparıldı. Denis və İqor həbs olundular və yaşadıqları yerdən 1500 km məsafədə yerləşən İrkutsk şəhərinə aparıldılar

  5. 1 dekabr 2021-ci il

    İqor istintaq təcridxanasına salındı

  6. 2 dekabr 2021-ci il

    Denis istintaq təcridxanasına salındı

  7. 29 dekabr 2022-ci il

    Cinayət işləri üzrə məhkəmə icraatı başladı

a b c d e f Nikolay, Yaroslav, Mixail, İqor, Denis və Aleksey istintaq təcridxanasında olduqları üçün onlardan müsahibə götürmək mümkün olmayıb.