Kontentə keç

4 FEVRAL 2020
RUSİYA

Rusiya məhkəməsi Stanislav Kim və Nikolay Polevodovu məhkum edib

Rusiya məhkəməsi Stanislav Kim və Nikolay Polevodovu məhkum edib

4 fevral 2020-ci il tarixində Xabarovsk Şəhər Jeleznodorojnı Məhkəməsi qardaşlarımız Stanislav Kim və Nikolay Polevodovu iki il müddətinə şərti həbs cəzasına məhkum edib. Onlar həbsxanaya göndərilməsə də, sınaq müddətində olacaqlar. Qardaşlar hökmdən şikayət verəcək. Eyni zamanda həmin şəhərin İndustrialnı Rayon Məhkəməsində onların ikinci cinayət işi üzrə araşdırma gedir. Həmin iş üzrə qərarın verilmə tarixi hələ təyin olunmayıb.