Kontentə keç

Soldan sağa: Rinat Kiramov həyat yoldaşı Qalina ilə; Sergey Korolyov həyat yoldaşı Yekaterina ilə; Sergey Kosyanenko həyat yoldaşı Olqa ilə

29 MART 2023 | YENİLƏNİB: 18 APREL 2023
RUSİYA

Həbsdə olan qardaşlarımız Yehovadan kömək alırlar | YENİLƏNİB. QARDAŞLAR HƏBS OLUNDU

Həbsdə olan qardaşlarımız Yehovadan kömək alırlar | YENİLƏNİB. QARDAŞLAR HƏBS OLUNDU

17 aprel 2023-cü il tarixində Həştərxan Vilayətinin Axtubinsk Rayon Məhkəməsi Rinat Kiramov, Sergey Korolyov və Sergey Kosyanenkonu təqsirli bildi və hər birini yeddi il müddətinə həbsə məhkum etdi. Qardaşlar 2021-ci ilin noyabr ayından istintaq təcridxanasında saxlanılırdı və həbsdə qaldılar.

Qardaşlar barədə məlumat

Yehova xidmətçiləri üçün pənah yeridir və O onları qolları üstündə gəzdirir. Bunu bilmək bizə təskinlik verir (Qanunun təkrarı 33:27).

Hadisələrin gedişatı

  1. 9 noyabr 2021-ci il

    Cinayət işi açıldı. Axtubinsk və Znamensk şəhərlərində Rinat Kiramov, Sergey Korolyov və Sergey Kosyanenkonun da evləri daxil olmaqla, Yehovanın Şahidlərinin yaşadığı 15 evdə axtarış aparıldı.

  2. 10 noyabr 2021-ci il

    Sergey Korolyov həbs olundu.

  3. 11 noyabr 2021-ci il

    Rinat Kiramov və Sergey Kosyanenko həbs olundu. Qardaşların üçü də məhkəməyədək həbsə salındı.

  4. 14 noyabr 2022-ci il

    Cinayət işi üzrə məhkəmə icraatı başladı.

a b Rinat Kiramov və Sergey Kosyanenkodan müsahibə götürmək mümkün olmadı.