Kontentə keç

15 MAY 2023
RUANDA

Leysan yağışları Ruandanın qərbində daşqınlara və torpaq sürüşmələrinə səbəb olub

Leysan yağışları Ruandanın qərbində daşqınlara və torpaq sürüşmələrinə səbəb olub

2—3 may 2023-cü il tarixlərində leysan yağışları Ruandanın qərbində daşqınlara və torpaq sürüşmələrinə səbəb olub. Nəticədə 130-dan çox insan həyatını itirib və minlərlə insan evlərini tərk etməli olub. Daşqın və torpaq sürüşmələri əkin sahələrini, evləri, körpüləri və yolları viran qoyub.

Bacı-qardaşlara təsiri

  • Bacı-qardaşlar arasında ölən və yaralanan yoxdur.

  • 51 ev dağılıb.

  • 43 evə ciddi ziyan dəyib.

  • 2 ibadət evinə cüzi ziyan dəyib.

Yardım işləri

  • Yardım işlərini təşkil etmək və əməli yardım göstərmək üçün 3 Zərərçəkənlərə yardım komitəsi təyin edilib.

  • Filial komitəsinin üzvləri, rayon nəzarətçiləri və ağsaqqallar fəlakət baş verən ərazidə yaşayan bacı-qardaşlara ruhani yardım göstərir.

Dua edirik ki, Yehova bundan sonra Ruandada yaşayan bacı-qardaşlara dar günlərində kömək etsin (Zəbur 46:1).