Kontentə keç

Yuxarı solda: Ulidəki yeni teokratik məktəb binası. Sağda: İbadandakı yeni teokratik məktəb binası

9 AVQUST 2023
NİGERİYA

Nigeriyada yeni teokratik məktəb binalarının açılışı

Nigeriyada yeni teokratik məktəb binalarının açılışı

Nigeriya filialının ərazisində bu yaxınlarda iki yeni teokratik məktəb binası istifadəyə verildi. Binalar əsasən «Padşahlıq Müjdəçiləri Məktəbi»nin keçirilməsi üçün istifadə olunacaq. Nigeriyanın Uli şəhərindəki məktəb ilk tələbələrini 2023-cü ilin fevral ayında qəbul etdi. İbadan şəhərindəki məktəb isə 2023-cü ilin 2 iyun tarixində ilk dərsə başladı. Hər iki binada «Rayon Nəzarətçiləri və Həyat Yoldaşları üçün Məktəb» də keçiriləcək.

Hər iki bina mövcud Toplantı zallarının ərazisində inşa edilib, bir sinif, bir kitabxana və tələbələr üçün yaşayış otaqlarından ibarətdir. Nigeriyada «Padşahlıq Müjdəçiləri Məktəbi»ndə oxumaq üçün hər il 500-dən çox müraciət göndərilir və bu göstərir ki, hər binada hər il dörd sinif təhsil ala bilər. Dərslər ingilis, ibo, picin (Qərbi Afrika) və yoruba dillərində keçiriləcək.

Tələbələr Nigeriyanın Uli şəhərindəki (yuxarı) və İbadan şəhərindəki (aşağı) məktəb binalarında çox xoşbəxtdirlər

Sonuncu sinfin məzunlarının yazdığı minnətdarlıq məktubunda Ulidəki binada necə sakit və rahat şəraitin yaradıldığı belə vurğulanmışdı: «Öyrənmək üçün əlverişli mühit, rahat yataq otaqları diqqətimizi dərslərə cəmləməyə kömək edirdi. Ehtiyaclarımızı ödəmək üçün gecə-gündüz yorulmadan xidmət edən könüllülərin sayəsində əsl məsihi məhəbbətini duyduq».

Əminik ki, yeni tikilən bu teokratik binalar Nigeriyadakı bacı-qardaşlarımıza xidmətlərini tam yerinə yetirməyə kömək edəcək (2 Timutiyə 4:5).