Kontentə keç

29 İYUN 2021
MOZAMBİK

Nyunqve dilində İncilin «Yeni Dünya Tərcüməsi» buraxıldı

Nyunqve dilində İncilin «Yeni Dünya Tərcüməsi» buraxıldı

27 iyun 2021-ci il tarixində Mozambik filialının komitə üzvü Adau Kosta nyunqve dilində elektron formatda İncilin «Yeni Dünya Tərcüməsi»nin buraxılışını elan etdi. Proqram qabaqcadan yazıya alınmışdı. Ona 2600-dən çox təbliğçi baxdı. Proqramı həm də milli televiziya kanalı və müxtəlif radiostansiyalar yayımladı.

Layihə ilə bağlı vacib faktlar

  • Nyunqve dilində Mozambikin əsas etibarilə şimal-qərb ərazilərində, Tete əyalətində danışırlar.

  • Hesablamalara görə, nyunqve dilində 400 000 insan danışır.

  • Tərcümənin üzərində 6 tərcüməçi 2 il işləyib.

Adau qardaş deyir: «Uzun illər nyunqve dilində Müqəddəs Kitab olmayıb. Ona görə nyunqve dilində danışan bacı-qardaşlarımız çiçeva dilində olan Müqəddəs Kitabdan istifadə edirdilər. Bu isə xeyli çətinliklər yaradırdı, çünki çiçeva dilində bir çox söz və ifadələr səhv başa düşülürdü».

İncilin buraxılışı barədə elan edilməzdən əvvəl bir tərcüməçi demişdi: «Təbliğçilər bu Müqəddəs Kitabı alanda sevincdən atlanıb-düşəcəklər. Bu onlara yuxu, Yehovanın möcüzəsi kimi gələcək, ürəkləri Yehovaya minnətdarlıqdan aşıb-daşacaq».

Dua edirik ki, Müqəddəs Kitabın bu tərcüməsi vasitəsilə xoş xəbər daha çox səmimi-qəlbli insanların ürəyinə yol tapsın (Vəhy 22:17).