Kontentə keç

Qvatemala (solda) və Kosta-Rikada (sağda) daşqın

20 NOYABR 2020
DÜNYADAN XƏBƏRLƏR

«Eta» qasırğası Mərkəzi Amerika, Kayman Adaları, Bahama Adaları, Yamayka, Meksika və Birləşmiş Ştatlarda dağıntılar törədib

«Eta» qasırğası Mərkəzi Amerika, Kayman Adaları, Bahama Adaları, Yamayka, Meksika və Birləşmiş Ştatlarda dağıntılar törədib

Məkan

Mərkəzi Amerika, Bahama Adaları, Böyük Kayman adası, Yamayka, Meksika və Birləşmiş Ştatların cənub-şərqi

Təbii fəlakət

  • 3 noyabr 2020-ci il tarixində 4-cü kateqoriyaya aid edilən «Eta» qasırğası Puerto-Kabesasın (Nikaraqua) sahillərinə çatmış və böyük dağıntılar törədərək Mərkəzi Amerikanın digər ərazilərində də tüğyan etmişdi.

  • Əfsuslar olsun ki, Meksikanın Tabasko ştatında Yehovanın Şahidi olan bir ər-arvadın doqquzyaşlı nəvəsi daşqın nəticəsində həlak olub.

  • Tropik fırtına səviyyəsinədək zəifləyən «Eta» qasırğası Böyük Kayman adasına, Bahama Adalarına və Yamaykaya, bundan sonra isə Meksika körfəzi vasitəsilə Birləşmiş Ştatlara çatmışdı.

Bacı-qardaşlara təsiri

  • Kosta-Rika

    • 108 təbliğçi təxliyə olunub

    • 7 təbliğçi bütün əmlakını itirib

  • Qvatemala

    • 163 təbliğçi təxliyə olunmuşdu, 85-i artıq evlərinə qayıdıb

    • 3 ailə bütün əmlakını itirib

    • Bundan əlavə, 3 təbliğçidən ibarət olan bir ailə evlərinin ikinci mərtəbəsindən çıxa bilmirdi və onları oradan xilas etmək lazım oldu

  • Honduras

    • 1984 təbliğçi təxliyə olunmuşdu, ən azı 376-ı artıq evlərinə qayıdıb

  • Yamayka

    • 4 təbliğçi təxliyə olunub

  • Meksika

    • Çyapas və Tabasko ştatlarında 1618 təbliğçi təxliyə olunmuşdu, 112-i artıq evlərinə qayıdıb

  • Nikaraqua

    • 238 təbliğçi təxliyə olunmuşdu, 232-i artıq evlərinə qayıdıb

  • Panama

    • 27 təbliğçi təxliyə olunmuşdu, 6-ı artıq evlərinə qayıdıb

  • Birləşmiş Ştatlar

    • 48 təbliğçi təxliyə olunmuşdu, 27-i artıq evlərinə qayıdıb

Əmlaka dəyən ziyan

  • Bahama Adaları

    • 1 evə ziyan dəyib

  • Kosta-Rika

    • 3 ev dağılıb

    • 6 evə ziyan dəyib

  • Qvatemala

    • 2 ev sürüşmə nəticəsində dağılıb

  • Honduras

    • 7 ibadət evinə cüzi ziyan dəyib

  • Nikaraqua

    • 73 evə ziyan dəyib

  • Böyük Kayman adası

    • 4 evə ziyan dəyib

    • 1 ibadət evinə cüzi ziyan dəyib

  • Yamayka

    • 50 evə ziyan dəyib

    • 1 ibadət evinə ziyan dəyib

  • Birləşmiş Ştatlar

    • 141 evə ziyan dəyib

    • 9 ibadət evinə cüzi ziyan dəyib

Yardım işləri

  • Mərkəzi Amerika filialı ikisi Meksikada, biri isə Hondurasda olmaqla, üç Zərərçəkənlərə yardım komitəsi təşkil edib. Qasırğanın ziyan vurduğu digər ölkələrdə isə yardım işlərinə COVID-19 pandemiyasına görə təşkil olunmuş komitələr nəzarət edir.

  • ABŞ filialının nəzdində olan ərazilərdə zərərçəkənlərə yığıncaqlar, eləcə də COVID-19 pandemiyasına görə təşkil olunmuş komitələr yardım göstərir.

  • Rayon nəzarətçiləri zərərçəkmiş ailələrə ruhani yardım göstərir.

  • Qasırğanın ziyan vurmadığı ərazilərdə yaşayan bacı-qardaşlar təxliyə olunmuş dindaşlarını sığınacaq və ərzaqla təmin edib.

  • Yardım işlərində iştirak edənlərin hamısı COVID-19 pandemiyası ilə bağlı bütün təhlükəsizlik tədbirlərinə əməl edir.

Fırtınanın böyük dağıntılar törətməsinə baxmayaraq, bacı-qardaşlarımızın bir-birinə necə dəstək olduğunu görmək çox sevindiricidir. Yehova bir daha göstərdi ki, dar gündə pənah yerimizdir (Zəbur 9:9).