Kontentə keç

16 SENTYABR 2019
CƏNUBİ AFRİKA

2019-cu il «Məhəbbət heç vaxt tükənmir!» adlı beynəlxalq toplantı (CAR, Yohannesburq)

2019-cu il «Məhəbbət heç vaxt tükənmir!» adlı beynəlxalq toplantı (CAR, Yohannesburq)
  • Tarix: 6—8 sentyabr 2019-cu il

  • Məkan: «FNB» stadionu (CAR, Yohannesburq)

  • Proqramın dilləri: İngilis, sesuto, zulu

  • İştirakçıların ən yüksək sayı: 58149

  • Vəftiz olunanların ümumi sayı: 476

  • Beynəlxalq nümayəndələrin sayı: 6000

  • Dəvət olunmuş filiallar: Boliviya, Böyük Britaniya, Mərkəzi Avropa, Konqo (Kinşasa), Finlandiya, Honkonq, Macarıstan, İsrail, Yaponiya, Keniya, Koreya, Liberiya, Madaqaskar, Malavi, Paraqvay, Peru, Uqanda, ABŞ, Zambiya, Zimbabve

  • Yerli ərazidə baş vermiş hadisə: Nümayəndələr üçün təşkil olunmuş ekskursiyalardan biri «Şirlər və safari parkı»na olan ekskursiya idi. Parkın idarə heyətinin üzvləri ömürlərində bu qədər millətdən olan və bu qədər dildə danışan insanların tur avtobuslarından enərkən mübahisə və şikayət etmədiyini hələ görmədiklərini deyiblər. Parka gələn qonaqların işçilərin göstərişlərinə əməl etməsi və əməkdaşlığı onlara o qədər dərin təəssürat bağışlayıb ki, onlar deyiblər: «Sizi burada görmək çox xoş idi!»

 

Bir qrup bacı-qardaş hava limanında Cənubi Afrikaya gələn nümayəndələri qarşılayır

İki yerli və iki xarici bacı xidmətdə toplantıya dəvətnamə paylayır

Milli geyimdə olan toplantı iştirakçıları şəkil çəkdirir

Bacı-qardaşlar təbəssümlə proqram zamanı əl çalırlar

Vəftiz olunan 476 nəfərdən biri

Rəhbərlik Şurasının üzvü Entoni Moris fasilə zamanı bacı-qardaşlarla görüşür

Toplantının sonuncu günündə dəvət olunmuş xüsusi tamvaxtlı xidmətçilər iştirakçılara təqdim olunur

Üç bacı proqramın sonunda şəkil çəkdirir

Rəngarəng Afrika geyimində olan bacı-qardaşlardan ibarət xor axşam tədbirində çıxış edir