Kontentə keç

Yehovanın Şahidləri Avstraliyada keçirilən şose velosipedi üzrə dünya çempionatı zamanı müjdəni təbliğ edir

3 FEVRAL 2023
AVSTRALİYA

Avstraliyadakı mühüm tədbir zamanı verilən ictimai şahidlik

Avstraliyadakı mühüm tədbir zamanı verilən ictimai şahidlik

2022-ci ildə sentyabr ayının 18-dən 25-nə kimi Avstraliyanın Vullonqonq şəhərində şose velosipedi üzrə dünya çempionatı keçirildi. Avstraliyanın müxtəlif ərazilərindən təxminən 300 Yehovanın Şahidi bu böyük tədbir zamanı ictimai şahidlik verdi. Hər il bu yarışları izləməyə 70 ölkədən 200 000-dən çox insan gəlir.

Bacı-qardaşlar 600-dən çox nəşr paylayıb və bir çox insanlara nəşrləri istədikləri dildə yükləməyə kömək edib. Həmçinin 18 nəfər Müqəddəs Kitabı araşdırmaq istəyib. Onlardan beşi sentyabr ayından bəri davamlı olaraq ibadət görüşlərində iştirak edir. Bir qardaş bölüşür: «Yehova hər birimizin çəkdiyi zəhmətə bərəkət verdi». Başqa bir təbliğçi isə deyir: «Bacı-qardaşlar çox mehriban idilər. Evə xoş xatirələrlə qayıtdım və xidmət etmək həvəsim daha da artdı».

Böyük qürurla «Allahımızın böyüklüyünü vəsf» edən Avstraliyadakı dindaşlarımızın sevincinə biz də şərikik (Qanunun təkrarı 32:3).