Kontentə keç

Cəhənnəm. Əbədi əzab yeri var?

Cəhənnəm. Əbədi əzab yeri var?

Müqəddəs Kitabın cavabı

 Odlu cəhənnəmə inanan bir çox insanlar onu bu məqalədəki şəkildə təsvir olunduğu kimi təsəvvür edirlər və inanırlar ki, pis insanlar orada əbədi əzab çəkir. Bəs Müqəddəs Kitabda bu barədə nə deyilir?

Bu məqalədə

 Əbədi əzab yeri var?

 Xeyr. Yaxşı və ya pis əməl sahibi olmalarından asılı olmayaraq, ölümdən sonra insanlar heç nə hiss etmir və heç nə bilmirlər. Müqəddəs Kitabda deyilir: «Gedəcəyin Məzarda nə iş, nə niyyət, nə elm, nə də hikmət var» (Vaiz 9:10). Deməli, ölülər heç nə hiss etmədiklərinə görə Məzarda əzab çəkmirlər. Ona görə Müqəddəs Kitabda deyilir: «Qoy şər adamlar rüsvay olsunlar, qoy onlar Məzarda sussunlar» (Zəbur 31:17; 115:17).

  •   Allah demişdi ki, günahın cəzası ölümdür, cəhənnəmdə əbədi əzab çəkmək yox. Allah ilk insan Adəmə Onun qanunlarını pozduğu təqdirdə öləcəyini demişdi (Yaradılış 2:17). O, cəhənnəmdə əbədi əzab barədə heç nə deməmişdi. Adəm günah edəndən sonra Allah onun cəzası haqda dedi: «Torpaqsan, torpağa da qayıdacaqsan» (Yaradılış 3:19). Yəni o artıq mövcud olmayacaqdı. Əgər Allah Adəmi cəhənnəmə göndərsəydi, O bu barədə mütləq deyərdi. Allah Onun qanunlarına itaətsizliyə görə cəza növünü dəyişməyib. Adəmin günahından xeyli müddət sonra Allah Müqəddəs Kitabda bu sözləri yazdırdı: «Günahın ödədiyi haqq ölümdür» (Romalılara 6:23). Əlavə cəzaya ehtiyac yoxdur, çünki «ölmüş adam günahdan azaddır» (Romalılara 6:7).

  •   Kiməsə əbədi əzab vermək fikri Allahda ikrah doğurur (Ərəmya 32:35). Əbədi əzab barədə təlim Allahın xislətinə ziddir, çünki Müqəddəs Kitabda deyilir ki, «Allah məhəbbətdir» (1 Yəhya 4:8). O istəyir ki, biz Ona əbədi əzab qorxusundan yox, məhəbbətdən irəli gələrək ibadət edək (Mətta 22:36—38).

 İsa Məsihin varlı adam və İlazər haqqında məsəlinin mənası nədir?

 İsa Məsihin söylədiyi bu məsəl Luka 16:19—31 ayələrində yazılıb. Məsəl əxlaq dəyərləri aşılayan və Allahın hər hansı bir məsələyə baxışını göstərən qısa hekayədir. Varlı adam və İlazər məsəlində real insanlardan söhbət getmir (Mətta 13:34). Daha ətraflı məlumat üçün «Varlı adam və dilənçi İlazər kim idi?» məqaləsinə baxın.