Kontentə keç

Müqəddəs Kitabda qisas barədə nə deyilir?

Müqəddəs Kitabda qisas barədə nə deyilir?

Müqəddəs Yazıların verdiyi cavab

 İnsan qisas almaqda özünü haqlı bilsə də, bu, Müqəddəs Kitabda deyilənə ziddir: «Demə: “Mənə etdiyini ona edəcəyəm, əməlinin əvəzini verəcəyəm”» (Məsəllər 24:29). Müqəddəs Kitabda bir çoxlarını qisas almaq fikrindən daşındıran məsləhətlər var.

Bu məqalədə

 Nəyə görə qisas almaq səhvdir?

 Kimsə xətrimizə dəyəndə, yaxud bizə pislik edəndə qəzəb hiss edirik və istəyirik ki, həmin insan layiq olduğu cəzanı alsın. Bu kimi hisslər keçirmək təbiidir. Ancaq pisliyin əvəzini şəxsən çıxmaq Müqəddəs Kitabda deyilənlərə ziddir. Nəyə görə?

 İnsan şəxsən əvəz çıxmağa çalışanda bu, Allaha xoş getmir. Müqəddəs Kitabda Yehova a Allah deyir: «Qisas Mənimdir, əvəzini Özüm verəcəyəm» (Romalılara 12:19). Müqəddəs Kitab tövsiyə edir ki, haqsızlıqla üzləşən insan, mümkünsə, məsələni sülh yolu ilə həll etsin və qisas almasın (Romalılara 12:18). Bəs əgər məsələni sülh yolu ilə həll etmək cəhdləri boşa çıxarsa və ya bu, mümkün deyilsə, onda necə? Yehova Allah Kəlamında buyurur ki, belə hallarda ədalətin bərpa edilməsində Ona güvənək (Zəbur 42:10, 11).

 Allah günahkarları necə cəzalandırır?

 Allah qanunu pozanları cəzalandırmaq səlahiyyətini hələ ki insan hökumətlərinə verib (Romalılara 13:1—4). Ancaq tezliklə O, pislik törətməkdə günahlı olanlar barədə ədalətli hökm çıxaracaq və əzab-əziyyətlərə əbədilik son qoyacaq (Əşiya 11:4).

 Qisas almaq fikrini başımdan necə çıxarım?

  •   Düşünmədən hərəkət etməyin (Məsəllər 17:27). Qəzəblərini cilovlamayan insanlar sonradan peşman olduqları hərəkətlər edirlər. Amma hərəkət etməzdən əvvəl düşünənlər daha yaxşı qərarlar verirlər (Məsəllər 29:11).

  •   Faktları öyrənin (Məsəllər 18:13). Əgər sizə qarşı bir haqsızlıq olubsa, özünüzdən soruşun: «Mənim bilmədiyim və xətrimə dəyən insanın əməlini izah edən amillər var? Bəlkə, həmin adam gərginlik keçirdiyi üçün və ya bilmədən səhv iş tutub?» Hərdən bizə elə gələ bilər ki, kimsə qəsdən xətrimizə dəyib, amma əslində, o sadəcə səhv edib.

 Qisas haqda yanlış fikirlər

 Səhv. Müqəddəs Kitabdakı «göz əvəzinə göz» qanunu qisas almaq üçün əsas verir (Lavililər 24:20).

 Düz. Qədim İsraildə «göz əvəzinə göz» qanunu insanın şəxsən qisas almasının qarşısının alınması üçün verilmişdi. Bu qanun hakimlərə münasib cəza seçməyə kömək edirdi b (Qanunun təkrarı 19:15—21).

 Səhv. Müqəddəs Kitab qisas almağa icazə vermədiyi üçün biz hücum zamanı özümüzü müdafiə edə bilmərik.

 Düz. Hücuma məruz qalan insanın özünü müdafiə etmək və hakimiyyət orqanlarından kömək istəmək hüququ var. Bununla belə, Müqəddəs Kitabda deyilir ki, biz mümkün olan hallarda münaqişələrə girməməliyik (Məsəllər 17:14).

a «Yehova» Müqəddəs Kitabda Allahın açıqlandığı adıdır.

b Bu qanun barədə ətraflı məlumat üçün «“Göz əvəzinə göz” ifadəsinin mənası nədir?» adlı məqaləyə baxın.