Kontentə keç

Allah müxtəlif canlıları yaratmaq üçün təkamüldən istifadə edib?

Allah müxtəlif canlıları yaratmaq üçün təkamüldən istifadə edib?

Müqəddəs Kitabın cavabı

 Xeyr. Müqəddəs Kitabda aydın şəkildə deyilir ki, Allah insanları, o cümlədən müxtəlif cins heyvanları və müxtəlif növ bitkiləri yaratdı a (Yaradılış 1:12, 21, 25, 27; Vəhy 4:11). Orada deyilir ki, bütün bəşər ailəsi ilk insan olan Adəm və Həvvadan törəyib (Yaradılış 3:20; 4:1). Müqəddəs Kitab Allahın müxtəlif canlıları yaratmaq üçün təkamüldən istifadə etməsi nəzəriyyəsini dəstəkləmir. Bununla belə, eyni cins daxilində müxtəlifliyin yaranmasını deyən alimlərin sözlərinə də zidd getmir b.

 Allah təkamüldən istifadə edib?

 Allahın təkamüldən istifadə edərək canlıları yaratdığına inanan insanların fikirləri çox yerdə haçalanır. Bir ensiklopediyaya əsasən, bəzi insanlar inanır ki, «təbii seçmə Allahın təbiəti idarə etmək üçün istifadə etdiyi mexanizmlərdən biridir» (Encyclopædia Britannica).

 Allahın təkamül vasitəsilə yaratması nəzəriyyəsi həmçinin növbəti fikirləri də özünə daxil edir:

  •   Bütün canlı orqanizmlər çox-çox əvvəl ümumi əcdaddan törəyiblər.

  •   Bir canlı növündən tamamilə başqa canlı növü əmələ gələ bilər, bu isə çox vaxt makrotəkamül adlanır.

  •   Bu proseslərdə dolayı yolla Allahın əli var.

 Təkamül nəzəriyyəsi Müqəddəs Kitabla uzlaşır?

 Allahın təkamül vasitəsilə yaratması fikri Müqəddəs Kitabda yaradılış haqda yazılanların tam düzgün olmadığını nəzərdə tutur. Lakin İsa Məsih yaradılış haqda yazılanlara tarixi bir fakt kimi istinad etmişdi (Yaradılış 1:26, 27; 2:18—24; Mətta 19:4—6). Müqəddəs Kitabda deyilir ki, yer üzünə gəlməzdən əvvəl İsa Məsih Allahla bir yerdə yaşamışdı və hər şeyin yaradılmasında Allaha kömək etmişdi (Yəhya 1:3). Buna görə də Allahın müxtəlif canlıları yaratmaq üçün təkamüldən istifadə etməsi fikri Müqəddəs Kitab təlimləri ilə uzlaşmır.

 Bitkilərin və heyvanların mühitə uyğunlaşması təkamüldür?

 Müqəddəs Kitabda deyilmir, bir növün içində neçə fərqli növ əmələ gələ bilər. Həmçinin Müqəddəs Kitab Allahın yaratdığı müxtəlif cins heyvanların və müxtəlif növ bitkilərin çoxaldıqca və yeni mühitə uyğunlaşdıqca bir-birindən fərqlənə biləcəyi fikrinə də zidd getmir. Bəziləri bu uyğunlaşmanı təkamülün bir forması kimi qəbul etsələr də, əslində, bu proses zamanı yeni növ canlı yaranmır.

a Müqəddəs Kitabda geniş məna daşıyan «cins» və «növ» sözləri işlənir. Bəzən alimlər deyirlər ki, növ daxilində təkamül prosesi baş verir və yeni növlər əmələ gəlir. Əslində isə təkamül prosesi baş vermir, «Yaradılış» kitabında işləndiyi kimi, eyni «cins» və ya «növ» daxilində müxtəliflik yaranır.

b Bu nəzəriyyəyə bəzən mikrotəkamül deyilir.