Kontentə keç

Allahın harada olduğunu bilmək mümkündürmü?

Allahın harada olduğunu bilmək mümkündürmü?

Müqəddəs Yazıların cavabı

 Allah insanın gözlə görə bilmədiyi aləmdə, başqa sözlə desək, göylərdə yaşayır. Görün Müqəddəs Yazıların özündə bu haqda nə deyilir:

 Süleyman peyğəmbər Allaha duasında yalvararaq belə sözlər işlədir: «...Sən göydə — Öz məskənində eşit və yadellinin Sənə fəryad etdiyi hər şeyi elə ki, yer üzünün bütün xalqları da Sənin adını tanısınlar...» (1 Padşahlar 8:43).

 İsa peyğəmbər davamçılarını «göylərdə olan» Allaha dua etməyi öyrədirdi (İncil, Matta 6:9).

 İsa Məsih yer üzündə xidmətini başa vurandan sonra «göyə daxil oldu ki,.. Allahın önündə dursun» (İncil, İbranilərə 9:24).

 Bu ayələrdən bəlli olur ki, Yehova Allahın mövcudluğuna heç bir şübhə ola bilməz və O, hər yerdə yox, göylərdə yaşayır.