Kontentə keç

Ölüm qorxusunun öhdəsindən necə gəlmək olar?

Ölüm qorxusunun öhdəsindən necə gəlmək olar?

Müqəddəs Yazıların cavabı

 Ölüm düşməndir: ölüm qorxusu və özümüzü ondan qorumaq istəyi təbiidir (1 Korinflilərə 15:26). Yalan və mövhumatlar ucbatından yaranan yersiz ölüm qorxusu insanları «ömürləri boyu... köləlik əsarətində» saxlayır (İbranilərə 2:15). Həqiqəti bilmək sizi ölüm qarşısında vahiməli qorxudan — həyatdan sevinc duymağa mane olan qorxudan azad edəcək (Yəhya 8:32).

Ölüm haqda həqiqət

  •   Ölən insanın heç nədən xəbəri olmur (Məzmur 146:4). Müqəddəs Kitabda ölüm yuxuya bənzədilir. İnsan öləndən sonra ona işgəncə verilmir və o ağrı hiss etmir. Buna görə də işgəncə çəkmək fikri sizi qorxutmamalıdır (Məzmur 13:3; Yəhya 11:11—14).

  •   Ölülər bizə xətər yetirə bilməzlər. Hətta ən qorxulu düşmən belə öldükdə zərərsiz olur. Müqəddəs Kitabda deyilir ki, «ölülərin... nifrəti, paxıllığı artıq məhv olub» (Vaiz 9:6).

  •   Ölüm heç də son deyil. Allah ölüləri yenidən həyata qaytaracaq (Yəhya 5:28, 29; Həvarilərin işləri 24:15).

  •   Allah-Taala vəd edir ki, ölümün olmayacağı bir dövran gələcək (Vəhy 21:4). Bu haqda Müqəddəs Kitabda deyilir: «Salehlər yerə sahib olacaq, orada əbədi yaşayacaqlar». Onlar ölüm qorxusundan birdəfəlik azad olacaqlar (Məzmur 37:29, Yeni Dünya tərcüməsi).