Kontentə keç

Müqəddəs Kitab bölmələri ilə tanışlıq

Bu qısa videolarda Müqəddəs Kitab bölmələrinin məzmunu və qələmə alınması ilə bağlı dəyərli məlumatlar yer alıb. Müqəddəs Kitab mütaliənizi zənginləşdirmək və daha maraqlı etmək üçün bu videolara baxın.

Müqəddəs Kitabla tanışlıq

Görün Müqəddəs Kitabın hər bölməsi onun baş mövzusu ilə, yəni İsa Məsihin idarə etdiyi Padşahlığın Yehovanın adını təmizə çıxaracağı ilə necə əlaqəlidir.

«Yaradılış» kitabı ilə tanışlıq

«Yaradılış» kitabında bəşər tarixinin, eləcə də əzabların və ölümün başlanğıcı haqqında vacib məlumat yazılıb.

«Çıxış» kitabı ilə tanışlıq

Allah israilliləri Misir əsarətindən xilas etdi və onları Özünə məxsus olan bir xalq kimi təşkil etdi.

«Lavililər» kitabı ilə tanışlıq

Görün «Lavililər» kitabında Allahın müqəddəsliyi necə təsvir olunur və nəyə görə bizim müqəddəs olmağımız vacibdir.

«Saylar» kitabı ilə tanışlıq

Yehovaya tabe olmağın və Onun xalqına başçılıq etmək üçün təyin edilən kəslərə hörmət etməyin vacibliyi haqda öyrənin.

«Qanunun təkrarı» kitabı ilə tanışlıq

Görün Yehovanın israillilərə verdiyi qanunlar xalqına olan məhəbbətini necə göstərir.

«Yuşə» kitabı ilə tanışlıq

Görün İsrail xalqı Allahın bəxş etdiyi torpaqları necə zəbt edir və aralarında bölüşdürür.

«Hakimlər» kitabı ilə tanışlıq

Hadisələrlə dolu olan bu bölmə Allahın Öz xalqını əzab-əziyyətdən qurtarmaq üçün istifadə etdiyi imanlı cəsur hakimlərin adını daşıyır.

«Rut» kitabı ilə tanışlıq

«Rut» kitabında qayınanasına fədakar məhəbbət göstərən gənc dul qadından və Yehovanın onların hər ikisini necə mükafatlandırdığından bəhs edilir.

«1 İşmuil» kitabı ilə tanışlıq

İsrail tarixində hakimlərin dövründən padşahların dövrünə necə keçid edildiyinə baxın.

«2 İşmuil» kitabı ilə tanışlıq

Davud təvazökarlığı və imanı sayəsində Müqəddəs Kitabın ən tanınmış və sevilən personajlarından biridir.

«1 Padşahlar» kitabı ilə tanışlıq

İsrailin Süleyman padşahın hakimiyyəti altında çiçəklənən dövründən iki padşahlığa bölündüyü dövrə kimi olan keşməkeşli tarixinə nəzər salın.

«2 Padşahlar» kitabı ilə tanışlıq

İsrail padşahlığında bütpərəstlik vüsət aldığı vaxt görün Yehova Ona sidqi-ürəkdən xidmət edənlərə necə yar olurdu.

«1 Salnamələr» kitabı ilə tanışlıq

Allahdan qorxan Davud padşahın İsraildə taxta çıxmasından ölümünə qədər olan nəsil şəcərəsini izləyin.

«2 Salnamələr» kitabı ilə tanışlıq

Görün Yəhuda padşahlarının bu kitabda yazılmış tarixi Allaha sadiq qalmağın vacibliyini necə göstərir.

«Üzeyir» kitabı ilə tanışlıq

Yehova xalqını Babil əsarətindən qurtaracağına və Yerusəlimdə həqiqi ibadəti yenidən bərpa edəcəyinə dair verdiyi vədi yerinə yetirir.

«Nəhəmya» kitabı ilə tanışlıq

Nəhəmya kitabı bizim günlərdə həqiqi ibadətdə olan insanlara önəmli dərs verir.

«Əstər» kitabı ilə tanışlıq

Əstərin günlərində baş vermiş faciəvi hadisə çətinliklər zamanı Yehovanın Öz xalqını qorumağa qadir olduğuna əminliyini möhkəmləndirəcək.

«Əyyub» kitabı ilə tanışlıq

Yehova Allahı sevən bütün insanlar sınaqlarla üzləşəcəklər. Əyyub peyğəmbərin hadisəsi bizi əmin edir ki, biz kamilliyimizi qoruya və Yehova Allahın tərəfini tuta bilərik.

«Zəbur» kitabı ilə tanışlıq

«Zəbur» kitabı Yehova Allahın ali hakimiyyətini dəstəkləyir, Onu sevənlərə kömək və təsəlli verir, Allahın Padşahlığının dünyanı necə dəyişəcəyini açıqlayır.

«Məsəllər» kitabı ilə tanışlıq

Ticarət əlaqələrindən tutmuş ailə məsələlərinə qədər həyatın bütün sahələrinə aid gözəl məsləhətləri bu kitabdan tapa bilərsiniz.

«Vaiz» kitabı ilə tanışlıq

Süleyman padşah həyatda vacib olan və ilahi hikmətə zidd şeylər haqda yazıb.

«Nəğmələr nəğməsi» kitabı ilə tanışlıq

Şulamlı qızın çoban gəncə tükənməz sevgisi «Yahın alovu» kimi təsvir edilir. Niyə?

«Əşiya» kitabı ilə tanışlıq

«Əşiya» kitabındakı peyğəmbərliklərin dəqiqliklə yerinə yetməsi sizi əmin edəcək ki, Yehova Allah həmişə vədlərini icra edir və xalqını hər bir bəladan qurtarır.

«Ərəmya» kitabı ilə tanışlıq

Çətinliklərə baxmayaraq, Ərəmya peyğəmbər ona tapşırılan işi sədaqətlə yerinə yetirdi. Müasir məsihilərin onun nümunəsindən nə öyrənə biləcəyi üzərində düşünün.

«Mərsiyələr» kitabı ilə tanışlıq

Ərəmya peyğəmbər tərəfindən yazılan Mərsiyələr kitabı Yerusəlim şəhərinin dağıdılmasına duyulan kədəri ifadə edir. Kitabda həmçinin göstərilir ki, tövbə edəni Allah bağışlayır.

«Hizqiyal» kitabı ilə tanışlıq

Hizqiyal təvazökar və cəsarətli davranıb, çətin olmasına baxmayaraq, Allahın ona buyurduğu işi başa çatdırdı. O, bizim üçün çox dəyərli örnəkdir.

«Dənyal» kitabı ilə tanışlıq

Dənyal və dostları bütün sınaqlar zamanı Yehovaya sadiq qaldılar. Onların peyğəmbərliyin yerinə yetməsində qoyduqları nümunə axırzamanda yaşayan bizlər üçün gözəl nümunədir.

«Huşə» kitabı ilə tanışlıq

Huşənin peyğəmbərliyindən Allahın bəyəndiyi ibadət və Onun tövbə etmiş günahkarı bağışlaması barədə öyrənə bilərik.

«Yuil» kitabı ilə tanışlıq

Yuil peyğəmbər insanı vahiməyə salan Yehovanın gələcək hökm günü və həmin gün sağ qalmaq üçün hansı addımlar atmalı olduğumuz barədə yazır. Onun peyğəmbərliyi bizim üçün böyük əhəmiyyət kəsb edir.

«Amus» kitabı ilə tanışlıq

Yehova Allah vacib işi görmək üçün təvazökar Amusu seçdi. Amusdan nə öyrənə bilərik?

«Əbdiya» kitabı ilə tanışlıq

Əbdiya Tövratda (Əhdi-Ətiq) ən balaca kitabdır. Bu kitabdakı peyğəmbərliklər ümid bəxş edir və Allahın hakimiyyətinin bəraət qazanacağını vəd edir.

«Yunus» kitabı ilə tanışlıq

Yunus peyğəmbər Allahdan aldığı düzəlişi qəbul etdi, ona verilən tapşırığı yerinə yetirdi və Allahın tükənməz məhəbbət və mərhəmətindən önəmli dərs aldı. Onun hekayəsi ürəyinizi riqqətə gətirəcək.

«Mikə» kitabı ilə tanışlıq

Allahın ruhunun ilhamı ilə qələmə alınmış bu peyğəmbərlik kitabı bizi əmin edir ki, Yehova Allahın buyruqları ağlabatandır və bizim xeyrimizədir.

«Nahum» kitabı ilə tanışlıq

Bu peyğəmbərlik Yehovanın Öz vədini həmişə yerinə yetirdiyinə və Onun Padşahlığı altında sülh və qurtuluş axtaranlara təsəlli verəcəyinə bizi əmin edir.

«Həbquq» kitabı ilə tanışlıq

Biz əminik ki, Yehova Öz xalqını nə zaman və necə xilas edəcəyini yaxşı bilir.

«Səfənya» kitabı ilə tanışlıq

Yehovanın hökm gününün gəlməyəcəyi fikrindən nə üçün qaçmalıyıq?

«Həqqay» kitabı ilə tanışlıq

Həqqayın peyğəmbərliyinin məğzi göstərir ki, Allaha ibadət etmək şəxsi istəklərimizi təmin etməkdən daha vacibdir.

«Zəkəriyyə» kitabı ilə tanışlıq

Allahdan nazil olan görüntülər və peyğəmbərliklər Onun keçmişdə yaşayan xalqını cəsarətləndirirdi. Həmin peyğəmbərliklər bu gün bizi də Yehovanın dəstəyinə əmin edir.

«Məlaki» kitabı ilə tanışlıq

Burada Yehovanın dəyişilməz prinsiplərindən, mərhəmətindən və məhəbbətindən bəhs olunur. Həmçinin bizim dövrümüzdəki vəziyyətlə bağlı vacib dərs verilir.

«Mətta» kitabı ilə tanışlıq

Dörd Müjdədən birincisi olan «Mətta» kitabı barədə əsas məqamlar.

«Mark» kitabı ilə tanışlıq

Müjdələrin ən qısası olan Mark kitabında İsa Məsihin Allahın Padşahlığının gələcək Padşahı olacağı haqda bir əlamət yer alır.

«Luka» kitabı ilə tanışlıq

Lukanın Müjdəsindəki hansı məlumatlar başqa müjdələrdə yoxdur?

«Yəhya» kitabı ilə tanışlıq

Yəhya öz kitabında İsanın bəşəriyyətə duyduğu məhəbbətdən, təvazökarlıq nümunəsindən və Allahın Padşahlığının gələcək Padşahı kimi Xilaskar olmasından bəhs edir.

«Həvarilərin işləri» kitabı ilə tanışlıq

Birinci əsrdəki məsihilər bütün xalqlardan olan insanlardan şagirdlər hazırlamaq üçün əllərindən gələni edirdilər. «Həvarilərin işləri» kitabı sizin xidmətə olan həvəsinizi və şövqünüzü artıra bilər.

«Romalılara» kitabı ilə tanışlıq

«Romalılara» kitabının icmalı. Yehovanın ayrı-seçkilik etməməsi və İsa Məsihə iman etməyin vacibliyi haqda məlumat.

«1 Korinflilərə» kitabı ilə tanışlıq

Bulusun məktubunda birlik, əxlaqi təmizlik, məhəbbət və dirilməyə iman əsas yer tutur.

«2 Korinflilərə» kitabı ilə tanışlıq

Hər cür təsəlli Allahı olan Yehova Öz xidmətçilərini gücləndirir və cəsarətləndirir.

«Qalatiyalılara» kitabı ilə tanışlıq

Bulusun «Qalatiyalılara» məktubu yazıldığı dövrdə olduğu kimi, bu gün də aktualdır. Bu kitab bütün məsihilərə sədaqətli qalmağa kömək edə bilər.

«Efeslilərə» kitabı ilə tanışlıq

Bu məktubda Allahın İsa Məsih vasitəsilə sülh və birlik gətirmək məqsədi vurğulanır.

«Filippililərə» kitabı ilə tanışlıq

Sınaqlar qarşısında sarsılmaz qalanda başqalarına dözümlü olmağa təşviq edə bilərik.

«Koloslulara» kitabı ilə tanışlıq

Öyrəndiyimizi tədbiq etməklə, bir-birimizi ürəkdən bağışlamaqla, İsa Məsihin mövqeyini və səlahiyyətini qəbul etməklə Yehovanı razı sala bilərik.

«1 Salonikililərə» kitabı ilə tanışlıq

Biz ruhani cəhətdən oyaq qalmalı, hər şeyin doğru olub-olmadığını yoxlamalı, daima dua etməli və başqalarını ruhlandırmalıyıq.

«2 Salonikililərə» kitabı ilə tanışlıq

Bulus Yehovanın gününü gəlişi ilə bağlı yanlış fikrə düzəliş edir və qardaşları imanda möhkəm qalmağa təşviq edir.

«1 Timutiyə» kitabı ilə tanışlıq

Həvari Bulus Timutiyə birinci məktubu yığıncaqda nizam-intizamı təşkil etmək, saxta təlim yayanları və pulpərəstliyə meyilli olanları xəbərdar etmək üçün yazmışdı.

«2 Timutiyə» kitabı ilə tanışlıq

Bulus Timutini xidmətini tam yerinə yetirməyə təşviq edir.

«Titusa» kitabı ilə tanışlıq

Bulusun Titusa yazdığı məktubda Krit yığıncaqlarında olan problemlərin həlli barədə və ağsaqqallar üçün tələblərdən yazılıb.

«Filimona» kitabı ilə tanışlıq

Qısa olsa da, böyük gücə malik olan bu məktubdan təvazökarlıq, bağışlamaq və xeyirxahlıq barədə çox şey öyrənmək olar.

«İbranilərə» kitabı ilə tanışlıq

Məsihi ibadəti məbəddən və heyvan qurbanlarından üstün şeylərə əsaslanır.

«Yaqub» kitabı ilə tanışlıq

Yaqub məsihi prinsiplərini öyrətmək üçün aydın, bədii ifadələrdən istifadə etmişdi

«1 Butrus» kitabı ilə tanışlıq

Butrusun birinci məktubu bizi fəal olmağa və bütün qayğılarımızı Allahın üzərinə qoymağa təşviq edir.

«2 Butrus» kitabı ilə tanışlıq

Butrusun ikinci məktubu bizi yeni göy və yeni yer gözləyərkən sadiq qalmağa təşviq edir.

«1 Yəhya» kitabı ilə tanışlıq

Yəhyanın məktubu Məsih əleyhdarları barədə xəbərdarlıq edir və nəyi sevməli, nəyə nifrət etməli olduğumuzu anlamağa kömək edir.

«2 Yəhya» kitabı ilə tanışlıq

Yəhyanın ikinci məktubu bizə həqiqətdə yeriməyin və özümüzü yalançılardan qorumağın vacibliyini xatırladır.

«3 Yəhya» kitabı ilə tanışlıq

Yəhyanın üçüncü məktubu məsihilərə qonaqpərvərliyin vacibliyini öyrədir.

«Yəhuda» kitabı ilə tanışlıq

Yəhuda məsihiləri aldatmağa və pozmağa çalışanların əyri əməllərini ifşa edir.

«Vəhy» kitabı ilə tanışlıq

Diqqət yetirin, «Vəhy» kitabındakı görüntülərdə Padşahlığın Allahın bəşəriyyət və yer üzü üçün olan niyyətinin gerçəkləşəcəyi necə təsvir olunur.

Həmçinin sizin üçün maraqlı ola bilər

KİTABLAR VƏ BROŞÜRLƏR

Müqəddəs Kitab bizə hansı xəbəri çatdırır?

Müqəddəs Kitabın əsas mövzusu nədir?