Kontentə keç

Mündəricatı göstər

fcafotodigital/E+ via Getty Images

Veqan həyat tərzi. Müqəddəs Kitabda bu barədə nə deyilir?

Veqan həyat tərzi. Müqəddəs Kitabda bu barədə nə deyilir?

 Günü-gündən veqanizmə maraq artır.

  •   «Veqanizm heyvanların qida, geyim və ya hər hansı başqa məqsəd üçün istismarını və onlara qarşı törədilən bütün növ qəddarlığı mümkün qədər və praktiki yolla aradan qaldırmağa çalışan həyat tərzi və fəlsəfədir» (Veqan cəmiyyəti).

 Bəzi insanlar təkcə heyvanlara görə narahat olduqları üçün yox, ətraf mühiti qorumaq, sağlamlıqlarının qeydinə qalmaq və ya dini səbəblərə görə veqan həyat tərzini seçir.

  •   «Veqanizm əksər pəhriz növlərindən fərqlənir. Çünki insanlar çox vaxt buna dini əqidə, mənəvi məsələ kimi baxırlar və düşünürlər ki, bu, dünyadakı problemləri həll etmək üçün hər kəsə verilən bir imkandır» («Britannica Academic»).

 Veqanizm dünyadakı problemləri həll edə bilər? Müqəddəs Kitabda bu barədə nə deyilir?

Yaradanın gözündə insanlar və heyvanlar

 Müqəddəs Kitabda deyilir ki, Yaradanımız Yehova a Allahın gözündə insanlar heyvanlardan daha üstün varlıqdır və O, insanlara heyvanlar üzərində səlahiyyət verib (Yaradılış 1:27, 28). Vaxt keçdikcə Yehova insanlara heyvanları yeməyə izin verdi (Yaradılış 9:3). Bununla belə, O, heyvanlarla pis rəftar edilməsini qətiyyən bəyənmir (Məsəllər 12:10).

 Müqəddəs Kitaba əsasən ət yeyib-yeməmək hər kəsin şəxsi işidir b. Verdiyimiz qərar bizi Allahın gözündə üstün etmir (1 Korinflilərə 8:8). Yeməklə bağlı insanın verdiyi qərarı heç kəs mühakimə etməməlidir (Romalılara 14:3).

Daha gözəl gələcəyə aparan yol

 Müqəddəs Kitab göstərir ki, bizim həyat tərzi ilə bağlı seçimlərimiz dünyadakı problemləri həll etməyəcək. Bir çox problemlərin kökündə bu dünyadakı siyasi, ictimai və iqtisadi sistem durur. Bunları isə heç bir insan düzəldə bilməz. Müqəddəs Kitabda deyilir:

 Yaradanımız üzləşdiyimiz problemləri həll edəcək. Onun görəcəyi işlər Müqəddəs Kitabda məcazi dildə təsvir olunub.

  •   «Sonra mən yeni göy və yeni yer gördüm. Çünki köhnə göylə köhnə yer yox olmuşdu, dəniz də artıq yox idi» (Vəhy 21:1).

 Allah «köhnə göy» adlanan insan hökumətlərini «yeni göylə», yəni Səmavi Padşahlığı ilə əvəz edəcək. Onun Padşahlığı pis insanları təmsil edən «köhnə yeri» yox edəcək və «yeni yer»in, yəni Onun idarəçiliyi altında yaşamaq istəyən insanlar üzərində hakimiyyət sürəcək.

 Yalnız Allahın Padşahlığının idarəçiliyi altında insanlar heyvanlarla və ətraf mühitlə harmoniyada yaşamağı öyrənəcəklər (Əşiya 11:6—9).

a «Yehova» tək olan Allahın adıdır (Zəbur 83:18).

b Müqəddəs Kitabda əmr olunur ki, «qandan... uzaq durun» (Həvarilərin işləri 15:28, 29). Bu o deməkdir ki, biz qan içməməliyik və qanı axıdılmamış heyvan ətini, eləcə də qan əlavə edilmiş heç bir qidanı yeməməliyik.