Kontentə keç

Mündəricatı göstər

İlahi hikmətə yiyələnin

İlahi hikmətə yiyələnin

«Müqəddəs Yazılardakı hər kəlmə Allahdandır» (2 Timutiyə 3:16). Bu o deməkdir ki, Allah Öz fikirlərini Müqəddəs Kitabı yazan peyğəmbərlərin zehninə qoymuşdu.

Allah sizə Öz hikmətindən bəxş etmək istəyir

«Mən sənin Allahın Yehovayam, Mən sənin xeyrinə səni öyrədirəm, səni getməli olduğun yolla aparıram. Kaş əmrlərimə diqqət yetirəydin! Onda əmin-amanlığın çay kimi, salehliyin dəniz dalğaları kimi olardı» (ƏŞİYA 48:17, 18).

Bu sözlərə Allahın şəxsən sizə olan müraciəti kimi baxın. O istəyir ki, siz qəlb rahatlığı tapasınız, həmişə xoşbəxt olasınız. O bu işdə sizə kömək etməyə hazırdır.

İlahi hikmətə siz də yiyələnə bilərsiniz

«Əvvəlcə bütün xalqların arasında müjdə təbliğ edilməlidir» (MARK 13:10).

Bu müjdəyə Yehovanın əzablara son qoyacağı, yer üzünü cənnətə çevirəcəyi, ölüləri həyata qaytaracağı vədi də daxildir. Yehovanın Şahidləri Müqəddəs Kitaba əsaslanan müjdəni bütün dünyada təbliğ edirlər.