Kontentə keç

Mündəricatı göstər

Xoşbəxt gələcəyə aparan yolu necə tapmaq olar?

Xoşbəxt gələcəyə aparan yolu necə tapmaq olar?

Əvvəlki məqalələrdən oxuduq ki, insanlar xoşbəxt gələcək qurmaq üçün taleyə, təhsilə, var-dövlətə bel bağlayırlar, yaxşı insan olmağa çalışırlar. Ancaq bu ona bənzəyir ki, insan mənzil başına çatmaq üçün səhv xəritədən istifadə edir. Bəs bu o deməkdir ki, xoşbəxt həyata aparan yolu heç cür tapa bilmərik? Xeyr!

ƏN ETİBARLI MƏNBƏ

Adətən qərar verəndə bizdən yaşca böyük, ağıllı insanlardan məsləhət alırıq. Eynilə, xoşbəxt gələcək qurmaq üçün etibarlı məsləhəti bizdən qat-qat böyük, hikmətli olan bir Kəsdən ala bilərik. Onun verdiyi məsləhətlər Müqəddəs Yazılarda cəmlənib. Müqəddəs Kitab adlanan bu kitabın ilk kəlməsi təxminən 3500 il bundan əvvəl yazılmışdı.

Müqəddəs Kitaba etibar edə bilərsiniz. Çünki onun Müəllifi Kainatda ən hikmətli Varlıqdır. Müqəddəs Kitabda deyilir ki, O, «Əzəldən Var Olan»dır, «əzəldən əbədiyyətə Allah»dır (Dənyal 7:9; Zəbur 90:2). O, «göyləri yaradan, var olan,.. yerə quruluş verən» Allahdır (Əşiya 45:18). Allah Öz adını bizə açıb. Onun adı Yehovadır (Zəbur 83:18).

Allah Müqəddəs Kitabı bütün bəşəriyyət üçün göndərib. Ona görə də orada hansısa xalq digərindən üstün tutulmur. Oradakı məsləhətlər köhnəlmir və bütün dünyadakı insanlara fayda gətirir. Müqəddəs Kitab minlərlə dilə tərcümə olunub və dünyada ən geniş yayılmış kitabdır *. Bu o deməkdir ki, Müqəddəs Kitabı hamı oxuyub başa düşə bilər və onun məsləhətlərindən faydalana bilər. Bütün bunlar Müqəddəs Kitabda deyilən sözlərin doğruluğunu təsdiqləyir:

«Allah ayrı-seçkilik etməyən Allahdır, hər xalqın içində Ondan qorxan və düzgün iş görən adamdan razıdır» (HƏVARİLƏRİN İŞLƏRİ 10:34, 35).

Qayğıkeş valideyn övladına öyüd-nəsihət verdiyi kimi, Yehova Allah da Kəlamı vasitəsilə bizə öyüd-nəsihət verir (2 Timutiyə 3:16). Onun Kəlamına etibar edə bilərsiniz, axı bizi O yaradıb. Bilir ki, hansı həyat yolu bizim üçün ən yaxşısıdır.

Belə bir həyatda yaşamaq üçün nə etməlisiniz? Növbəti məqaləni oxuyun.

^ abz. 6 Müqəddəs Kitabın tərcüməsi və yayılması ilə bağlı ətraflı məlumat almaq üçün www.isa4310.com saytına daxil olub, MÜQƏDDƏS KİTAB TƏLİMLƏRİ > MÜQƏDDƏS KİTAB VƏ TARİX bölməsinə baxa bilərsiniz.

^ abz. 16 Ətraflı məlumat üçün Yehovanın Şahidləri tərəfindən dərc edilmiş «Müqəddəs Kitab — Allahın Kəlamıdır, yoxsa insanın?» adlı kitabın (türk.) 9-cu fəslinə baxın. Kitabı www.isa4310.com saytından əldə edə bilərsiniz. KİTABXANA > KİTABLAR VƏ BROŞÜRLƏR bölməsinə baxın.