Kontentə keç

Mündəricatı göstər

ÜZ QABIĞINDA

Həyat necə əmələ gəlib?

Həyat necə əmələ gəlib?

Növbəti cümləni necə tamamlayardınız?

HƏYAT ․․․․․

NƏTİCƏSİNDƏ ƏMƏLƏ GƏLİB.

  1. TƏKAMÜL

  2. YARADILIŞ

DÜŞÜNƏ bilərsiniz ki, elmə üstünlük verən adam A variantını, dinə üstünlük verən isə B variantını seçəcək.

Amma həmişə belə olmur.

Fakt odur ki, alimlər də daxil olmaqla, bir çox ali təhsilli insanlar təkamül nəzəriyyəsinin doğruluğuna şübhə ilə yanaşırlar.

Entomologiya üzrə professor Jerard Hertelin nümunəsinə nəzər salaq. Onun oxuduğu kollecdə təkamül nəzəriyyəsi keçirilirdi. O bölüşür: «İmtahanlar zamanı professorları qane edəcək cavablar verirdim, amma əslində dediklərimə inanmırdım».

Nəyə görə elmə üstünlük verən insanlar belə, həyatın təkamül nəticəsində əmələ gəldiyini qəbul etmirlər? Bu suala cavab vermək üçün gəlin ilk öncə tədqiqatçıları çıxılmaz vəziyyətdə qoyan iki sualı nəzərdən keçirək: 1) Həyat necə əmələ gəlməyə başlayıb? 2) Canlılar necə inkişaf edib?