Kontentə keç

Mündəricatı göstər

MÜQƏDDƏS KITABIN BAXIŞI

İrqçilik

İrqçilik

İrqlər necə yaranıb?

«Adəm arvadının adını Həvva qoydu, çünki o, yer üzündə yaşayanların hamısının anası oldu» (Yaradılış 3:20).

MÜTƏXƏSSİSLƏR NƏ DEYİR?

BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO) qeyd edir ki, «bütün insanlar bir növə aiddir və bir əcdaddan törəyiblər» (İrq və irqçilik üzrə bəyannamə, 1978-ci il).

MÜQƏDDƏS KİTABDA NƏ DEYİLİR?

Allah iki insanı, Adəmlə Həvvanı yaradıb dedi: «Törəyib çoxalın və yer üzünü bürüyüb ona sahib olun» (Yaradılış 1:28). Beləliklə, Adəmlə Həvva bütün bəşəriyyətin ulu əcdadı oldu. Bir qədər sonra, Yer kürəsi əhalisinin böyük qismi Daşqın zamanı məhv ediləndə dörd cütlük sağ qalmışdı: Nuh, arvadı, üç oğlu və üç gəlini. Müqəddəs Kitab öyrədir ki, hamımız Nuhun oğullarından törəmişik (Yaradılış 9:18, 19).

Hansısa irq digərindən üstündür?

«[Allah] bütün yer üzündə məskunlaşması üçün bir insandan hər milləti yaratdı» (Həvarilərin işləri 17:26).

BƏZİLƏRİ NƏ DEYİR?

20-ci əsrdə bir sıra qruplar irqçilik ideologiyasını mənimsəmişdi. Misal üçün, nasistlər iddia edirdilər ki, bir irqin digərlərindən üstün olduğunu düşünməyə əsas verən bioloji amillər var. Lakin UNESCO-nun yuxarıda adı çəkilən sənədində «bütün irqlərin bir olduğu, eləcə də bütün insanların və xalqların bundan irəli gələn fundamental bərabərliyi» qeyd olunur.

MÜQƏDDƏS KİTABDA NƏ DEYİLİR?

Həvarilərin işləri 10:34, 35 ayələrində yazılıb: «Allahımız ayrı-seçkilik etməyən Allahdır, hər xalqın içində Ondan qorxan və saleh həyat sürən adamı xoşlayır». Buna görə də bir irqin digərindən üstün olduğunu düşünmək üçün heç bir əsas yoxdur.

İsa Məsihin növbəti sözləri bütün davamçıları üçün bir qanundur: «Siz... bir-birinizə qardaşsınız» (Matta 23:8). İsa Məsih onlar üçün dua edirdi ki, aralarında parçalanma, ayrı-seçkilik yox, birlik olsun, yəni onlar «kamil birliyə yetişsinlər» (Yəhya 17:20—23; 1 Korinflilərə 1:10).

İrqçiliyə son qoyulacaqmı?

«Axır zamanda Rəbbin evi olan dağ dağların zirvəsində möhkəm duracaq... Bütün millətlər ona sarı gələcək» (Yeşaya 2:2).

BƏZİLƏRİ NƏ DÜŞÜNÜR?

İrqlərarası çəkişmələrin ardı-arası kəsilmədiyini görən bir çox insanlar irqçiliyə nə vaxtsa son qoyulacağına şübhə edirlər. Bəziləri düşünür ki, irqi bərabərliyi heç vaxt görməyəcəklər.

MÜQƏDDƏS KİTABDA NƏ DEYİLİR?

Yaradanımızın əzəli niyyətinə əsasən, yer üzündə irqçilik olmamalı idi. Buna görə də Allahın irqi zəmindəki nifrətə əbədiyyən dözmək fikri yoxdur. Allahın Padşahlığının rəhbərliyi zamanı «hər millətdən, hər qəbilədən, hər xalqdan və hər dildən» olan kişi və qadınlar Allaha birlik içində xidmət edəcək və bir-birlərinə səmimi məhəbbət göstərəcəklər (Vəhy 7:9). Allahın Padşahlığı mücərrəd anlayış və ya insan ürəyinin vəziyyəti deyil. Əksinə, bu, Yer kürəsində köklü dəyişikliklər edəcək real hökumətdir *.

^ abz. 15 Əlavə məlumat üçün Yehovanın Şahidlərinin dərc etdiyi «Müqəddəs Kitab əslində nə öyrədir?» kitabının 3-cü fəslinə baxın. Bu kitabı həm də www.isa4310.com/az-latn saytından tapmaq olar.